“Qafqazın mirvarisidaha bir ilkə imza atmağa hazırdır

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  Parisdə  ölkəmizin “Expo 2025”  Ümumdünya Sərgisinə namizədliyini elan etdi

 

Qitələrin və sivilizasiyaların kəsişməsində - Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq-Qərb, Şimal-Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır. İki min il ərzində qədim İpək yolu Azərbaycandan keçib. Ümumdünya Sərgisi kimi, bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub və ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb.

Müstəqil dövlətimizin  son illər bir çox ilklərə imza atması sanki günün və zamanın reallığına çevrilib. Əlbəttə, buna nail olmaq üçün Azərbaycan özünün  çoxşaxəli istiqamətlərdəki inkişafı sayəsində nail olub.

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva   ölkəmizin “Expo 2025”  Ümumdünya Sərgisinə namizədliyini orada rəsmən  elan etdi. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür: “Pavilyonlarımız son üç sərgidə  (2015-ci ildə üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada) mükafatlar qazanıb. Ümumdünya Sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya evsahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.

Azərbaycanın Birinci vitse-prezidenti münaqişəyə, həmçinin yeni siyasi sistemə və bazar iqtisadiyyatına keçidin yaratdığı əlavə çağırışlara baxmayaraq, ölkəmizdə uğurlu inkişaf strategiyasının, zəruri siyasiiqtisadi islahatların həyata keçirildiyini xüsusi qeyd etdi:

Bu, bizə müstəqilliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmağa və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməyə imkan vermişdir. Siyasi, iqtisadisosial sabitlik uğurlu inkişafımızın möhkəm təməlini təşkil edir. Bizimİnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən, hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva   tədbir iştirakçılarının nəzər-diqqətini bir daha mövzunun aktuallığına və  sərginin Bakıda keçirilməsini şərtləndirən səbəblərə yönəldərək bildirdi ki, bu gün Azərbaycan dünyada mədəniyyətlər və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur: “Azərbaycan eyni zamanda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradır.  Tariximizbugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və ISESCO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam həmrəyliyi ilielan etdik. 2015-ci ildə keçirilən I Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva   Ümumdünya Sərgisinin bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platforma  olduğunu da xüsusi qeyd etdi.

Bunlardan başqa, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, respublikamızda  yüksək səviyyədə keçirilən bir sıra beynəlxalq tədbirlərin təşkilat rəhbəri kimi də tanınan Mehriban xanım Əliyevanın xüsusi vurğuladığı kimi, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, həmçinin uzunluğu 850 kilometr olan, 2017-ci il oktyabrın 30-da açılan,  Avropa ilə Asiyanı birləşdirən ən qısa Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin təşəbbüskarı olub və onları həyata keçirib.

Əlbəttə, Azərbaycan yüksələn xətlə inkişaf edən  bir dövlətdir və hazırda  onun iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə evsahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır.

Xatırladaq ki, “Expo 2025” Ümumdünya Sərgisinin təşkil edilməsi üçün Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də namizədliyi irəli sürülüb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.-19 noyabr.- S.1-2.