Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib

 

Noyabrın 20-də Azərbaycan Respublikası Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycanın bütün şəhər rayonlarından fəallıqları, xüsusi bacarıq qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə sahib 6-18 yaş arasında 380 uşaq iştirak edib.

Forum başlamamışdan öncə uşaqların əl işlərindən ibarət sərgi foyedə uşaq hüquqlarına dair filmlər nümayiş olunub.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ötən üç forumda iştirak edən uşaqlar estafeti IV Forumun iştirakçılarına təhvil veriblər.

Sonra Azərbaycanda dövlət uşaq siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Əli Əhmədov Prezident İlham Əliyevin təbriklərini uşaqlara çatdırmaqdan məmnun olduğunu bildirib. O deyib ki, uşaqlar həm sayca artmalı, həm onların potensialını müəyyənləşdirən digər keyfiyyət parametrlərinə malik olmalıdırlar. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam böyüməsi üçün dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyət göstərirlər.

Forumun əhəmiyyətini qeyd edən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyev hər zaman uşaqlara diqqət göstərir, onların hüquqlarının qorunması sahəsində bütün imkanları yaradır. Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin qarşısında duran əsas məqsəddir. Hər bir sənəddə, qanunvericilik aktlarında uşaq problemləri öz əksini tapıb. 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində uşaqların daha yaxşı təhsil almaları, sağlam böyümələri, rahat şəraitdə, təmiz mühitdə yaşamaları digər məsələlərlə bağlı bir çox məqsəd hədəflər göstərilib. O hədəflərə çatmaq üçün çox çalışmaq lazımdır. İnanırıq ki, estafet çox etibarlı əllərdədir.

Komitə sədri uşaqların hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb. Hicran Hüseynova Forumun məhz 20 noyabrda keçirilməsinin heç təsadüfi olmadığını bu tarixin artıq 61 ildir Ümumdünya Uşaqlar Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ümumrespublika Uşaq forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından çox əhəmiyyətlidir. Forumlar uşaq hüquqlarının qorunması təbliği, uşaqlarla bağlı siyasi hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram layihələrin hazırlanması həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək tövsiyələr vermək imkanının yaradılması, dövlət orqanlarının, ictimaiyyət vətəndaş cəmiyyətinin, eləcə kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq azadlıqlarının qorunması təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir. Forumların əsas xüsusiyyəti fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.

UNICEF-in Avropa Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Forumun uşaqların gələcək həyatlarında danılmaz əhəmiyyəti olacağına əminliyini bildirib. Azərbaycan hökumətinin uşaqlara onların hüquqlarının təmin olunması məsələlərinə çox həssaslıqla yanaşdığını qeyd edən Əfşan Xan bütün uşaqları öz ailələrinin xalqlarının gələcəyinə davamlı töhfə verməyə qadir vəziyyətə gətirmək üçün onlara imkanlar yaratmağın vacibliyini vurğulayıb. UNICEF-in Avropa Mərkəzi Asiya üzrə regional direktoru uşaqlara, xüsusilə ən həssas vəziyyətdə olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dünyanın hər yerində həssaslıqla yanaşmanın vacib amil olduğunu qeyd edib.

Türkiyə Respublikasının ailə sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov Forumun keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması onların maraqlarının qorunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər. Bildirilib ki, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək fürsətinin verilməsi onların hüquqlarının təmin edilməsinə böyük kömək göstərməkdir.

Sonra AZƏRTAC tərəfindən hazırlanan, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun seçim mərhələsini özündə əks etdirən videoçarx nümayiş olunub. Forumda iştirak edən uşaqların regionlarda seçimi zamanı göstərdiyi köməyə görə AZƏRTAC-a AQUPDK tərəfindən xüsusi təşəkkür elan edilib.

Budəfəki Forumda daha bir yeniliyə imza atılıb. Belə ki, uşaqlar hökumət nümayəndələri ilə dialoqa girərək onlara müxtəlif suallar ünvanlamaq imkanı qazanıblar. Uşaqların tribunasına dəvət olunan Milli Məclisin sədr müavini Bahar Muradova, AQUPDK-nın sədri Hicran Hüseynova, daxili işlər nazirinin müavini Oruc Zalov, əmək əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, nəqliyyat, rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər idman nazirinin müavini İntiqam BabayevUşaq hüquqları: inkişaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağırışlar bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə cəmiyyətin rolu”, “Vətəni sevək, ona layiq olaq. Qarabağ həqiqətlərini dünyaya çatdıraqkimi mövzularda uşaqların suallarını cavablandırıblar.

Forum çərçivəsində Türkiyə Bolqarıstandan uşaqlar çıxış ediblər.

Daha sonra Forum iştirakçıları adından Prezident İlham Əliyevə birinci xanım Mehriban Əliyevaya verilməsi üçün ölkəmizin bütün bölgələrindən gətirilmiş torpaqlarla hazırlanmış Azərbaycan xəritəsi təqdim olunub.

Rəsmi hissənin sonunda bölgələrdən olan uşaqların təkliflərini əks etdirən video nümayiş etdirilib. Burada ən çox maraqla qarşılanan Cocuq Mərcanlıdan olan qız uşağının uşaqların öldürülməsi faktına dünya ictimaiyyətinin diqqətini yönəltməsi olub. Cocuq Mərcanlı sakini Ermənistanın vandal siyasətinə son qoyulması üçün dünya birliyi tərəfindən təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, beynəlxalq təşkilatlara bəyanat Forumun bəyannaməsi qəbul edilib.

 

Azərbaycan.- 2017.-21 noyabr.- S.2.