Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 2 (II kitab), maddə 259, 3, maddə 460, 4, maddə 670, 6, maddələr 1025, 1063, 7, maddə 1272, 9, maddə 1468, 10, maddələr 1614, 1638; 2017, 2, maddələr 176, 202, 3, maddə 351, 4, maddələr 530, 537, 6, maddə 1101, 7, maddələr 1314, 1346, 8, maddə 1521, 9, maddə 1637, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 oktyabr tarixli 1621 nömrəli və 10 oktyabr tarixli 1631 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.4.33-cü bəndə Məcəllənin sözündən sonra 43.1, rəqəmləri və müvafiq icra hakimiyyəti orqanı sözlərindən sonra , 602-1.1-ci maddəsində səlahiyyətli orqan sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 4.48-1-ci bənd əlavə edilsin:

4.48-1. həmin Məcəllənin 602-1.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının Vergilər Nazirliyiya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;.

3.5.44-cü bənddə və 544.2-ci sözləri , 544.2 və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-22 noyabr.- S.2.