R.C.Abdullayevinİstiqlalordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayevİstiqlalordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-29 oktyabr.- S.2.