Əbədi ehtiram ünvanı
Azərbaycan Prezidenti
İlham Əliyev Cəlilabad və Lənkəran rayonlarına
səfəri
Sentyabrın 2-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad etdi.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi
ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün
üz tutduqları ən çox
sevilən məkanlardan biridir. Burada fəvvarələr
quraşdırılıb, müasir
işıq dirəkləri və oturacaqlar
qoyulub, yaşıllıq zolağı
salınıb. Parkda sakinlərin istirahətlərinin
səmərəli təşkili üçün
hərtərəfli şərait yaradılıb.
Azərbaycan.- 2017.- 6 sentyabr.- S.1.