Svazilendin Kralı Əlahəzrət III Msvatiyə

 

Əlahəzrət,

Svazilend Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 avqust 2017-ci il.

 

Azərbaycan.- 2017.- 6 sentyabr.- S.11.