Yeni islahatlar kursu uğurlu nəticələr verir

 

Aqrar sahənin sürətli inkişafı dövlətin prioritetlərindəndir

 

Azərbaycanda son iki ildə həyata keçirilən iqtisadi islahatlar real nəticələr verməkdədir. Təsadüfi deyil ki, qısa müddət ərzində islahatların nəticəsi olaraq respublikamızda məhsul istehsalı artıb.

Buna görə xarici dövlətlərə ixracat da yüksəlib, məhsulların keyfiyyəti də. Bu günMade in Azerbaijanbrendi ilə Azərbaycan məhsulları Avropadan Çinə qədər ixrac olunur. Hətta bəzi yerli şirkətlərin məhsulları uzaq ABŞ bazarlarında özünə alıcı tapır.

 

Kənd təsərrüfatına dəstək siyasəti davam etdiriləcək

 

İslahatların bir istiqamətini aqrar sektor əhatə edir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirildiyi son 13 ildə kənd təsərrüfatının inkişafı prioritetlərdən biri olub. İstər ölkədə suvarma infrastrukturunun yenidən qurulması, istər yeni su anbarlarının yaradılması, istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına, buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların, pambıq və tütün istehsalçılarına, toxumçuluqtinglik təsərrüfatlarına subsidiyaların verilməsi, konkret sahələrlə bağlı dövlət proqramlarının qəbul edilməsi, müxtəlif vergigömrük güzəştləri kənd təsərrüfatının inkişafına xidmət edib. Son iki ildə aparılan islahatlar isə kənd təsərüfatının inkişafını yeni mərhələyə qaldırıb. Bu dövrdə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda aqrar sahənin inkişafının diqqətdə olduğu aydın görünür.

Sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev kənd təsərrüfatına dəstək siyasətinin davam etdiriləcəyini bəyan etdi: “Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir biz bunun nəticəsini görürük. Sahibkarlar da, fermerlər bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.

Real vəziyyət ondan ibarətdir ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı emalı sektoruna xüsusi diqqət yetirilir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın, fındıqçılığın, şəkər çuğundurunun, heyvandarlığın, bitkiçiliyin, ipəkçiliyin inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması emal sənayesinin genişləndirilməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində hüquqi aktlar, fərman sərəncamlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı emalı sahəsində fəaliyyət göstərən kiçik orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.

 

Çayçılıq, çəltik sitrus meyvələrinin istehsalının artırılması diqqət mərkəzində olacaq

 

Bu ilin iyul ayına qədər ixrac məmulatlarının təhlilindən aydın olur ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor tutub - 127,9 milyon ABŞ dolları. 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, çay ixracı 60 faiz, meyvə-tərəvəz ixracı 42 faiz artıb. Bu dövr ərzində Azərbaycan məhsullarına xarici ölkələrdən edilən sifarişlərin həcmi artıb. Bu məhsullar içərisində mahlıca, pambıq lifinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarından çox olub.

Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı istehsalının müxtəlif sahələri ilə bağlı zəngin tarixi ənənələr var. Hansı ki, bu sahələrdən əldə olunan məhsul istehsalı ölkəmizə xeyli gəlir gətirə bilər. Ona görə son illər Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı müşavirələrin keçirilməsi təsadüfi deyil. Xatırladaq ki, buna qədər pambıq, fındıq, tütün barama istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Azərbaycanda zəngin tarixi ənənələri olan bu məhsulların becərilməsinin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım təşviq mexanizmlərinin, o cümlədən güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsi, eləcə aqrolizinq xidmətlərinin göstərilməsi bu sahələrin inkişafını daha da sürətləndirib.

Aqrar sektorun strateji ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan çayçılıq, çəltik sitrus meyvələri istehsalı əməktutumluluğuna istehsalın həcminə görə yüksək göstəriciləri ilə seçilir. Bununla yanaşı, Azərbaycanda bu kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli təbii iqlim şəraitinin ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının ödənilməsi imkanları, həmçinin hazırlanmış son məhsullar üzrə ixrac potensialının olması çayçılıq, çəltik sitrus meyvələri istehsalının daha da inkişaf etdirilməsini zərurətə çevirir. Torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları aqrotexniki servis xidmətinin səviyyəsi bölgələrdə keyfiyyətli çay çəltik istehsalına, sitrus meyvələrin yetişdirilməsinə imkan verir.

 

Ənənəvi sahələrin dirçəldilməsi prosesi sürətlə həyata keçiriləcək

 

Məlum olduğu kimi, “Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi bundan irəli gələn məsələlər haqqındaAzərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamına əsasənAzərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına emalına dair Strateji Yol Xəritəsihazırlanaraq təsdiq olunub. Sənəddə ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu da kənd təsərrüfatı sahəsində həm orta, həm uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün Azərbaycanın mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

Strateji Yol Xəritəsində xüsusi diqqət cəlb edən məqamlardan biri ixracyönümlü məhsul istehsalının artırılmasından idxalın əsasən daxili istehsalla əvəz edilməsindən ibarətdir. Bu baxımdan bitkiçilik məhsulları istehsalı üzrə gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, resursların daha səmərəli bölüşdürülməsi, yerli istehsalın rəqabət qabiliyyətinin təmin edilməsi məsələləri diqqət mərkəzindədir.

Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı böyük canlanmaya gətirib çıxarıb. Lənkəranda keçirilən müşavirədə qarşıya qoyulan əsas vəzifələrdən biri aqrar sferada ənənəvi sahələrin dirçəldilməsi prosesinin növbəti illərdə daha da sürətlə aparılması oldu. Bu vəzifənin uğurla icrası isə hazırkı gərgin qlobal iqtisadi proseslər fonunda iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması, qeyri-neft bölməsində ixracyönümlülüyün genişləndirilməsi əhalinin məşğulluğunun təmin edilməsi deməkdir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-7 sentyabr.- S.1; 4.