Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib

 

Görüşdə Bakı Bəyannaməsi imzalanıb

 

Sentyabrın 6-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin VI görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirlər siyasi dialoqxüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommunikesi, Gəncə, Qars və Tbilisi bəyanatlarına sadiqliklərini vurğuladılar.

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə olunan görüşdə nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər.

Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstək bir daha bəyan edildi. Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlikiqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd olunmuş prinsipləri əsasında siyasi həll tələb etdiyi vurğulandı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü bir daha bəyan olundu.

Görüşdə nazirlər iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın xüsusilə də üç ölkənin xalqlarının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini vurğuladılar. İqtisaditicari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsi qərara alındı. Birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf mühit, təhsil, elm, mədəniyyət, turizmidman sahələrində əməkdaşlığın daha da gücləndirilməsi barədə qərar qəbul edildi.

Bu xüsusda, bu il fevralın 17-də üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun V görüşünün əhəmiyyəti qeyd olundu.

Nazirlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkilatın 25-ci ildönümü ilə bağlı bu il mayın 22-də İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Enerji sahəsində strateji tərəfdaşlıq qeyd edildi və Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş, Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstək bir daha bəyan olundu. Nazirlər enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd etdilər.

Görüşdə tarixi İpək Yolunun dirçəldilməsi və qorunub saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyəti bildirildi və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi qeyd edildi.

Bu xüsusda 2017-ci il noyabrın 28-29-da Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumunda yüksək səviyyəli iştirakın əhəmiyyəti diqqətə çatdırıldı. Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına, AsiyaAvropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edilərək, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa zamanda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulandı. Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqət bir daha təsdiq edildi. Bu kontekstdə, bütün beynəlxalq və regional maliyyə təsisatlarının müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə töhfə verməsinin təşviqi barədə razılıq əldə olunub. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq nəqliyyat yolunun böyük inkişaf potensialına malik olduğu vurğulandı.

Nazirlər regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqliklərini bir daha bəyan etdilər.

Dəniz və su nəqliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar. Regionda ekoloji tarazlığın saxlanılması məqsədilə ətraf mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyəti bildirildi.

Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha bəyan edildi.

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 2016-cı il 15 iyul tarixli uğursuz çevriliş cəhdi edənlərin fəaliyyətini qınadı və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd etdi, Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan etdi.

Nazirlər etnik, irqi, diniinanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq, müxtəlif mədəniyyətlər, sivilizasiyalarxalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdilər. 2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının qəbul edilməsinin vacibliyini qeyd etdilər və müvafiq nazirliklər və agentlikləri Fəaliyyət Planının müddəalarının yerinə yetirilməsi istiqamətində səy göstərməyə təşviq etdilər.

Görüşdə xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizmidman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyəti vurğulandı, bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa hazırlıq ifadə edildi.

Nazirlər ümumi maraq kəsb edən regionalqlobal məsələlər ətrafında üçtərəfli dialoqun daha da intensivləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi istiqamətində qərarlı olduqlarını bir daha təsdiq etdilər.

Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Üçtərəfli görüşdə nazirlər Bakı Bəyannaməsini imzaladılar.

Görüşdən sonra nazirlər jurnalistlər üçün brifinq keçirərək müzakirə olunan məsələlər barədə məlumat verdilər.

Elmar Məmmədyarov dedi ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 25 ili tamam olur. Regional və beynəlxalq məsələlərdə dövlətlərimizin mövqelərinin üst-üstə düşdüyünü deyən nazir qeyd etdi ki, TANAP layihəsi üzrə işlər Azərbaycanda və Türkiyədə başa çatmaq üzrədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyədəki hissəsi isə yaxın vaxtlarda yekunlaşacaq.

Mövlud Çavuşoğlu bildirdi ki, ölkələrimiz bölgənin inkişafına təsir edən mühüm layihələr həyata keçirirlər. Bu layihələr təkcə Türkiyə, Azərbaycan və Gürcüstan üçün deyil, həm də Avropa üçün də önəmli layihələrdir.

Bakının gündən-günə gözəlləşdiyini deyən Mixeil Canelidze vurğuladı ki, üçtərəfli görüş nadir əməkdaşlıq mexanizminə çevrilib. Biz ölkələrimiz arasında nümunəvi münasibətlərə nail olmuşuq. Bu əməkdaşlıq xalqlarımız arasında ən yaxşı əlaqələrə zəmin yaradır.

 

Azərbaycan.- 2017.- 7 sentyabr.- S.5.