Sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimimövzusunda konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avadsektor müdiri Frederik Lapeyre, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

Konfransı giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir. Müasir yanaşmalarmilli iqtisadi prioritetlər nəzərə alınmaqla reallaşdırılan islahatlar nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olub. Son 10 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artmış, 1 milyon 600 mindən artıq yeni yeri yaradılmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılmışdır.

S.Müslümov vurğulayıb ki, dünya tədqiqatçıları tərəfindən özünüməşğulluğun qeyri-formal məşğulluğu yaradan əsas sektor kimi qiymətləndirilməsinə baxmayaraq, onun hüquqi prosedurlar çərçivəsində səmərəli təşkili əmək bazarının inkişafı baxımından əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsinə yönəldilən ən vacib tədbirlərdən biridir. Tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçid əməkqabiliyyətli aztəminatlı vətəndaşlar arasında ələbaxımlılığın qarşısını alacaq, onlarda sahibkarlıq fəaliyyətini stimullaşdıracaq, biznesə və qeyri-formallıqdan formal iqtisadi münasibətlərə maraqlarını artıracaqdır. Bu ilin iyun ayında Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatının - BƏT-in siyasətini müəyyən edən bir orqana - təşkilatın idarə heyətinə üzv seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür. Bu isə beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında Azərbaycanın yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaqdır” - deyə S.Müslümov bildirib.

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Baş nazirin müavini əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsinin və qanuni mənafelərinin qorunmasının, işçilərin sosial müdafiəsinin gücləndirilməsinin bu siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Ə.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin 2017-ci il 17 mart tarixli sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də bu məqsədə yönəlib. Komissiyanın qarşısında duran əsas vəzifələrdən biriqeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır. Hər bir işçi işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb olunarkən, ilk növbədə, bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir. Əks halda qeyri-formal məşğulluq halı yaranır ki, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən, digər tərəfdən vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planının layihəsi hazırlanaraq, komissiyanın iclasında təsdiq edilib. Eyni zamanda, komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb. Ə.Əhmədov, həmçinin əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə görülən işlərdən bəhs edib, sahibkarlarla görüşlər təşkil edildiyini, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparıldığını bildirib.

O, həmçinin pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərin, eyni zamanda “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunmasının digər mütərəqqi cəhətləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün stimullaşdırıcı rol oynadığını da bildirib. Ə.Əhmədov hazırda keçirilən konfransın müvafiq sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mütərəqqi metodlar əsasında təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

S.Mehbalıyev əmək bazarında inkişaf meyillərinə zidd olan qeyri-formal əməyə qarşı mübarizənin AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. O, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması prosesində həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində gördüyü işləri diqqətə çatdırıb.

M.Musayev qeyri-formal əmək münasibətlərinin əmək məhsuldarlığının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına maneə olmaqla, işəgötürənlərin iqtisadi mənafelərinə də ciddi zərbə vurduğunu önə çəkib. O, sahibkarlarla aparılan işlərdə bu mövzunun həmişə diqqətdə saxlandığını qeyd edib.

Formal məşğulluğun layiqli əməyin başlıca təminat forması olduğunu diqqətə çatdıran xanım A.B.Avad əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanda aparılan fəal dövlət siyasətinin BƏT tərəfindən rəğbətlə qarşılandığını, ölkəmizdə bu sahədə görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu bildirib.

Daha sonra xanım A.B.Avad qeyri-formal məşğulluq hallarının aradan qaldırılması və belə hallardan formal məşğulluğa keçidin asanlaşdırılması üçün rəhbər prinsipləri və siyasi təlimatları diqqətə çatdırıb. O, habelə BƏT-in 204 saylı Tövsiyəsinin vacibliyini vurğulayıb.

Tədbirdə BƏT-in mütəxəssisləri Frederik Lapeyre tərəfindən formal məşğulluqda müsbət təcrübələr və Fərid Heqazi tərəfindən müəssisələrin formalaşmasında uğurlu praktikaları və sosial dialoqun rolu, habelə AHİK və ASK nümayəndələri tərəfindən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid, sosial dialoqkonsensus quruculuğu üzrə Azərbaycan təcrübəsi barədə təqdimatların edilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.

 

Azərbaycan. - 2017.-8 sentyabr.- S.5.