Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfəri

 

Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2017.-10 sentyabr.- S.1.