VI Mohammed, Mərakeş
Kralı: "İlham Əliyevin İslam dininə,
tolerantlıq və bərabərhüquqlu dəyərlərə
açıq-aydın dəstək verməsini yüksək
qiymətləndirirəm"
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri, əziz
Qardaşım.
Qardaş ölkələrimiz - Azərbaycan
ilə Mərakeş arasında diplomatik münasibətlərin
qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə
böyük məmnuniyyətlə səmimi təbriklərimi
və xoş arzularımı çatdırıram. Sizə
cansağlığı və xoşbəxtlik diləyir,
xalqınıza rəhbərliyiniz altında tərəqqi,
sülh və firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə
edərək, xalqlarımız arasındakı əməkdaşlığa
və qardaşlıq münasibətlərinə böyük
dəyər verdiyimi bildirmək istərdim. Mən, həmçinin
ikitərəfli, regional və beynəlxalq təşkilatlar
çərçivəsində, xüsusilə də
İslam Əməkdaşlıq Təşkilatında
ümumi maraq doğuran bütün məsələlər
üzrə məsləhətləşmələrimizdən
və razılaşdırılmış tədbirlərimizdən
də çox razıyam.
Bu baxımdan, Zati-aliləri, 2017-ci
ili “İslam Həmrəyliyi İli” elan etmək barədə
təşəbbüsünüz İslam dininə,
tolerantlıq və bərabərhüquqlu dəyərlərə
açıq-aydın dəstək verdiyinizi nümayiş
etdirir və bunu yüksək qiymətləndirdiyimi bildirmək
istəyirəm.
Mən xalqlarımızın istəklərinə
nail olmaları, daha xoş və təhlükəsiz gələcəkləri,
sülh və sabitlik, inkişaf, tərəqqi, birlik və həmrəylik
içində yaşamaları üçün Zati-alinizlə
bütün sahələrdə əməkdaşlığımızı
gücləndirməkdə çox maraqlı olduğumu
bildirmək istəyirəm.
Hörmətlə,
VI Mohammed
Mərakeşin
Kralı
Azərbaycan.-
2017.- 13 sentyabr.- S.1.