Kino mövsümü başlayır

 

Vətənpərvərlik mövzusunda çəkilmiş ekran əsərlərinə üstünlük veriləcək

 

Təqvimdə əlamətdar günlərin sırasına biri də əlavə olunur. Bu ildən sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq.

Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Nəzərdə tutulan ekran əsərləri ölkəmizin paytaxtında və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, həmçinin film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində göstəriləcək.

Regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevdən aldığımız məlumata görə, kino mövsümünə hazırlıqlar lazımi səviyyədə aparılır. O, bildirdi ki, 2018-ci ilin yanvar ayına qədər göstəriləcək filmlər qabaqcadan müəyyənləşdirilib rəhbərlik tərəfindən təsdiq olunub: “Sentyabrın 15-dən başlayaraq həftədə ən azı üç dəfə Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub. Filmlərin təqdim ediləcəyi mədəniyyət müəssisələrinin siyahısı da hazırlanıb. Bura Heydər Əliyev mərkəzləri, mədəniyyət sarayları, hətta kənd klubları da daxildir. Eyni zamanda həmin mədəniyyət müəssisələrinin hər birində bu işə məsul şəxslər müəyyən edilib. Onlara lazımi tapşırıqlar və tövsiyələr verilib”.

Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulub. Amma mövsümün ilk mərhələsində kino həvəskarları yalnız Azərbaycan kinematoqrafiyasının istehsalı olan bədii, sənədli və animasiya filmlərinə baxa biləcəklər. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək. E.Əliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin ediləcək filmlərin 2018-ci ilin yanvar ayınadək pulsuz nümayiş olunacağını da diqqətə çatdırdı. Repertuarda 1990-cı ildən bəri, yəni respublikamızın müstəqillik illərində çəkilmiş ekran əsərlərinə üstünlük verilib. Bununla yanaşı, sovet dövründə lentə alınmış, əsasən vətənpərvərlik mövzusunda olan bəzi filmlərin də nümayişi nəzərdə tutulub.

2018-ci ilin yanvarından sonra isə növbəti yarımilin repertuarı hazırlanacaq. “Kino mövsümü hər il zaman başa çatacaq?” sualımıza cavabında E.Əliyev bildirdi ki, dəqiq vaxt hələ müəyyən edilməsə , teatr mövsümü kimi olacaq. Yəni kino mövsümü yay ayları istisna olmaqla bütün ili əhatə edəcək.

Məlumdur ki, son illər ekran əsərlərinə tamaşa etmək üçün mədəniyyət mərkəzlərinə üz tutanların sayı çox deyil. Regionlarda yerləşən mədəniyyət ocaqlarında isə film nümayişi xüsusi ilə aşağı səviyyədədir. Bəs kino mövsümündə pulsuz nümayiş etdirilən filmlərə baxmağa tamaşaçı gələcəkmi? E.Əliyevin sözlərinə görə, nazirliyin Bakıda regionlarda fəaliyyət göstərən əməkdaşlarına reklam, təbliğat işlərini qurmaları ilə bağlı müvafiq təlimatlar verilib onlar bu istiqamətdə işlər aparırlar.

Onu da qeyd edək ki, mədəniyyət müəssisələrində kino mövsümü çərçivəsində yalnız həftədə 3 gün Azərbaycan filmləri göstəriləcək. Onlar qalan günlərdə repertuarlarında olan xarici filmləri nümayiş etdirə biləcəklər. Bu, həmin mədəniyyət müəssisələrinin öz səlahiyyətindədir.

Kino mövsümü çərçivəsində həyata keçirilən tədbirlər Bakıda ölkəmizin regionlarında film nümayişi işinin təşkili inkişaf etdirilməsi məqsədi daşıyır. Gələn il Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq. 1898-ci il avqustun 2-də ilk filmlər fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmişBibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağlarında xalq gəzintisi”, “Qafqaz rəqsi digər xronika süjetlərindən, “İlişdinbədii kinosüjetdən ibarətdir. O vaxtdan ötən müddət ərzində Azərbaycan kino sənəti əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Bu illər ərzində çox böyük çətinliklərlə qarşılaşıb. Xüsusilə kino texnikasının zəif olduğu dövrlərdə Azərbaycan kinematoqrafiyası da bir sıra problemlərlə üzləşib. Bütün bunlara baxmayaraq, XX əsrdə kino sənətimiz yüksək səviyyədə inkişaf etdi. Əsasən sovet hakimiyyəti illərində bu sahədə xeyli uğurlar qazanıldı. Filmlərimiz o dövrün sayılıb-seçilən, ali mükafatlarına layiq görüldü. Həmin ekran əsərlərini bu gün sevə-sevə izləyirik.

Ancaq sovet hakimiyyəti illərində bütün sahələrdə olduğu kimi, kino sənətində Moskvanın razılığı olmadan yeni əsərlər yaratmaq müşkül məsələyə çevrilmişdi. SSRİ-nin mövqeyi ilə səsləşməyən filmlərin nümayişi bəzən tamamilə qadağan edilir, bəzən isə müəyyən hissələri kəsilib çıxarılırdı. Buna baxmayaraq, kino işçilərimizin əksəriyyəti ruhdan düşmür, çətinliklərə, maneələri adlamağa, yeni ekran əsərləri yaratmağa çalışırdılar.

Sovet hakimiyyətinin süqutundan sonra yaranmış iqtisadi çətinliklər bütün sahələrin inkişafına mənfi təsir göstərdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra kino sənayesi də tənəzzül dövrü yaşadı. Maddi problemlər üzündən yeni filmlər çəkilmədi. Amma Azərbaycan kino sənəti bu sınaqdan da keçə bildi. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı.

1990-cı illərdə ölkəmizin müstəqillik qazanması hər birimizə həyatımızın ən böyük sevincini, qürurunu yaşatdı. Ancaq Ermənistanın torpaqlarımızı işğal etməsi, həmin ərazilərdə yaşayan soydaşlarımızı evindən, yurdundan məhrum etməsi, qətlə yetirməsi qəlbimizə sağalmaz yaralar vurdu. Həmin tarixi hadisələr Azərbaycanda çəkilən yeni ekran əsərlərində də əksini tapdı. Vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin “Fəryad”, Ənvər Əblucun “ atlı oğlan”, Gülbəniz Əzimzadənin “Ümid”, Elxan Cəfərovun “Dolu” və digər filmlərdə xalqımızın dərdləri, yaşadığı faciələrin ağrıları, qəhrəmanlıqları təcəssüm etdirilir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, son on ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib. Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda təqdim edilib, ən yaxşı film, ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu günyeni-yeni bədii, sənədli və animasiya filmləri çəkilməkdədir.

Kino işçilərinin gərgin əməyi hesabına ərsəyə gələn ekran əsərləri öz tamaşaçılarını gözləyir. Azərbaycan tarixini, xalqımızın həyatını, arzularını, düşüncələrini, sevincini, faciələrini əks etdirən həmin əsərlərin təbliğində kino mövsümü çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətli rolu olacaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.-15 sentyabr.- S. 11.