Bakıda Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı olub

 

Sentyabrın 15-də Bakıda Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni tədris binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan, Fransanın Ali Təhsil Elmi Tədqiqatlar Nazirliyinin araşdırmalar innovasiyalar şöbəsinin baş direktoru Alen Berets, həmçinin Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti Bernar Menye Fransanın Azərbaycandakı səfiri Orelia Buşez iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 2017/2018-ci tədris ili ərzində kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramı əsasında UFAZ 283 tələbəyə (onlardan 240-ı dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.

Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan ilə Fransa arasında əməkdaşlıq üçün əlamətdar günlərdən biridir. UFAZ-ın yaranma tarixindən danışan nazir vurğulayıb ki, bu ali təhsil ocağı 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb. O deyib: “Ölkələrimiz arasında əməkdaşlıqda, əlaqələrin qurulmasında təhsil mühüm rol oynayır. UFAZ layihəsi üçün Azərbaycan tərəfindən ADNSU-nun seçilməsi təsadüfü deyil. Çünki Azərbaycan neft enerji ölkəsidir, beynəlxalq layihələrdə dövlətimizin iştirakı onun gücünü göstərir. ADNSU da ölkəmizdə neft sənayesi sahəsində yüksək mütəxəssisli kadrların yetişdirilməsində mühüm rol oynayır. Bu il qəbul imtahanlarında UFAZ-a müraciətlərdə artım müşahidə olunub”.

Yeni tədris ilində azərbaycanlı tələbələrin uğur qazanacaqlarına ümid bəslədiyini deyən Jan-Batist Lömuan bildirib ki, UFAZ universitet sahəsində göstərilən səylərin, eyni zamanda, siyasi iradənin böyük bir nəticəsidir. O deyib: “Sürətlə dəyişən dünyada zamanın tələblərinə cavab vermək, Azərbaycanın Fransanın gənclərinin yaxşı təhsil səviyyəsinə malik olmaları üçün birgə çalışmalıyıq. UFAZ-ın yaradılmasında öz seçimini Fransadan etdiyi üçün Azərbaycana təşəkkür edirik”.

Alen Berets UFAZ-ın yeni binasının açılışını yüksək dəyərləndirib tələbələrə təhsillərində uğurlar arzulayıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq UniversitetiKimya Tədqiqatlar Fondu arasında UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb.

 

Azərbaycan.- 2017.- 16 sentyabr.- S.5.