İsrail niyə Azərbaycanı seçdi

 

Azərbaycan dünya mətbuatında

 

İsraildə çıxan nüfuzlu  "The Jerusalem Post"qəzeti siyasi analitik Arye Qutunİsrail niyə Azərbaycanı seçdi?” sərlövhəli məqaləsini dərc etmişdir. Yazıda Azərbaycanla İsrail arasında qarşılıqlı münasibətlər təhlil olunur, strateji tərəfdaşlıq səviyyəsinə çatmış ikitərəfli əməkdaşlığı şərtləndirən səbəblərə nəzər salınır. Oxucu marağını nəzərə alaraq məqaləni ixtisarla təqdim edirik.

İsrail dövləti son illər çoxvektorlu xarici siyasət yürüdür. Bu siyasət xüsusən beynəlxalq təşkilatlarda səsvermələr zamanı, eləcə də iqtisadi əlaqələrin inkişafı formatında İsrailə xeyli xarici siyasi dividend gətirir. İsrailin ABŞ ilə çox sıx müttəfiqlik münasibətləri, həmçinin hər iki Amerika qitəsində digər ölkələrin çoxu ilə kifayət qədər yaxşı əlaqələri var. İsrail həm Avropa ölkələri ilə, həm də Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Lakin elə ölkələr var ki, İsrailin onlarla münasibətləri strateji xarakter daşıyır. Belə ölkələr arasında Cənubi Qafqazın lideri Azərbaycanın adını çəkmək olar.

Bu gün artıq tarixi faktdır ki, Avrasiyada elə bir ölkə yoxdur ki, onun İsrail ilə strateji qarşılıqlı münasibətləri Azərbaycanın İsrail ilə münasibətlərindən daha sıx və daha dərin olsun. İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illik tarixi ərzində bu iki ölkənin və onların xalqlarının münasibətlərində çox pozitiv məqamlar yaranıb. Bu iki ölkə yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkə arasında qarşılıqlı münasibətlərin zəruriliyini və həyat qabiliyyətini sübut edib və göstərib ki, dost dövlətlərimiz həqiqi və sabit strateji tərəfdaşlar kimi çıxış edirlər.

Təkzibedilməz faktdır ki, bir sıra xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi münasibət bəsləməyiblər. Yəhudi xalqı Azərbaycanda heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlaraantisemit hərəkətlərə məruz qalmayıb. Haçansa Azərbaycanda olmuşburada yəhudilərin polis kordonundan keçmədən rahatca sinaqoqa getməsini, onları şəhərdə öz milli geyimində görən hər bir yəhudi bunu təsdiq edə bilər. Təəssüf ki, Qərbin inkişaf etmiş ölkələrində yəhudilərin belə hərəkət etməsi təhlükəlidir.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq münasibətləri bu gündavam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir.

Beləliklə, dözümlülükmultikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Prezident İlham Əliyev dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa tərəfdar olmasına, Azərbaycanda yaşayan bütün konfessiyalaraxalqlara hörmətlə yanaşmasına görə həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının əksər hissəsinin hörmətini qazanıb.

Azərbaycan hökuməti mütəmadi olaraq İsrailə çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində, İsrailin çoxsaylı nümayəndə heyətlərini Bakıda qəbul edir. Dünya bazarında Azərbaycan neftinin ən iri alıcısı olan İsrail ilə iqtisadi əlaqələrin dərinləşməkdə davam etməsini nəzərə alsaq, bu, çox düzgün və əlamətdar faktdır. Öz növbəsində, israilli biznesmenlər də Azərbaycan iqtisadiyyatına, onun kənd təsərrüfatına sərmayə qoymağa böyük maraq göstərirlər. İsrailin hərbi sənaye, telekommunikasiya, kənd təsərrüfatı və başqa sahələrdə yaratdığı müasir yüksək texnologiyalar Azərbaycana çox lazımdır. 2016-cı ilin dekabrında İsrailin Baş naziri Binyamin Netanyahunun Bakıya tarixi səfəri İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlığa sübut oldu. Bu, bir daha göstərdi ki, iki ölkə arasında siyasi-diplomatik dialoq ən yüksək etimad səviyyəsindədir.

25 il bundan əvvəl İsrail Cənubi Qafqazda Azərbaycana bel bağladı. Bu strateji seçimin bütün göstəricilər üzrə doğru seçim olması açıq-aydın görünür. Heç də təhlükəsiz olmayan geosiyasi regionda yerləşən iki kiçik dövlətin bu əməkdaşlığının böyük gələcəyi var. Bu isə əlbəttə, həm İsrailə, həm də Azərbaycana dost münasibət bəsləməyən üçüncü ölkələri narahat edir. Belə ölkələr nəyin bahasına olursa-olsun, Azərbaycanla İsrailin qarşılıqlı münasibətlərinə xələl gətirməyə çalışırlar.

İsrail Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir. Biz müsəlman ölkəsi ilə əməkdaşlığın modeli olan bu münasibətləri qorumalı və inkişaf etdirməliyik ki, hər hansı antiisrail və antiazərbaycan qüvvələri onlara ziyan vura bilməsin. Lakin son vaxtlar İsraildəki erməni icmasının fəallaşması, həmçinin İsraildə bəzi təşkilat və qurumların Ermənistanla qarşılıqlı münasibətlərinin və əməkdaşlığının intensivləşməsi rəsmi Bakının narazılığına səbəb olur, çünki Azərbaycan İsraili özünün müttəfiqi hesab edir.

Bu yaxınlarda İsraildəki erməni lobbisinin bir sıra nümayəndələrinin köməyi ilə bəzi İsrail KİV-i İsrail-Azərbaycan hərbi əməkdaşlığında “problemlər” barədə yalan informasiya yaymağa çalışdılar. Bir il bundan əvvəl biz Ermənistanda antiisrail isteriyasının və açıq-aşkar antisemitizmin real şahidi olduq. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı təhrikçi etiraz nümayişləri keçirmişdi. “Armenian Report” saytı antisemitantiisrail mövqelərini açıq təbliğ edir, hətta İsrail dövlətini məhv etməyə çağırır. Sayt yazır: “Biz İranla, ərəblərin hərbiləşdirilmiş qruplaşmaları və İsrailə qarşı qətiyyətli mövqe tutan təşkilatlarla daha sıx əməkdaşlıq etməliyik. Bundan ötrü Ermənistan hökuməti Yaxın Şərqdə yaşayan, “Hizbullah”, “İslam cihadı”, HƏMAS kimi təşkilatlarla, xüsusən “İzzəddin əl-Qəssam briqadaları” ilə sıx əlaqələri olan erməniləri fəal cəlb etməlidir. Bizim Yaxın Şərqdəki diaspor təşkilatlarımız İsraili məhv edəcəklərinə söz verən bu təşkilatları maliyyələşdirməyə başlamalıdırlar”. Fikrimcə, burada şərhə ehtiyac yoxdur...

Azərbaycan ərazisinin 20 faizini üçüncü qüvvənin köməyi ilə işğal etmiş Ermənistan 1992-ci ilin fevralında insanlıq əleyhinə amansız cinayətlərdən birini - Xocalı şəhərində azərbaycanlı dinc sakinlərə qarşı qanlı soyqırımı aktı törədib.

Xocalıda soyqırımı aktının iştirakçılarının və ideoloqlarının indiyədək cəzasız qalması və beynəlxalq məhkəmə qarşısında dayanmaması ədalətsizlik və əxlaqsızlıqdır. Dünyada bu cür presedentlər praktiki olaraq yoxdur. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq bəzi erməni ideoloqları, məsələn, Ermənistan dövlətinin indiki başçısı Serj Sarkisyan Azərbaycanın dinc vətəndaşlarına qarşı cinayətkar faşist hərəkətləri ilə çox fəxr edir.

Ermənistanda erməni faşistlərinin şəxsiyyətinə pərəstiş yaradılır, onların adları meydanlara və küçələrə verilir, şərəfinə sikkələr zərb edilir, heykəllər qoyulur, onların həyat və fəaliyyəti barədə filmlər çəkilir, onları milli qəhrəmanlar kimi tərifləyir və populyarlaşdırırlar. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə nasist vermaxtının erməni legionunun qəddarlığını və barbarlığını heç vaxt unutmayacaq. Bu, tarixi faktdır ki, general NjdeninDronun başçılıq etdiyi erməni legionu yəhudilərə qarşı ölüm marşlarında və minlərlə yəhudinin məhv olunmasında iştirak edib. Bundan sonra müasir Ermənistanın rəhbərliyi belə cəlladların və barbarların, Hitlerin əlaltılarının populyarlaşdırılmasını necə izah edəcək?! Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərin və antisemitlərin şəxsiyyətinə pərəstiş hansısa marginal siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir. Bu hərəkətlərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının kriminal terrorçu rəhbərliyi dayanır. Bu isə bir daha onu təsdiq edir ki, onlar özlərini erməni faşistiantisemit Njdenin əsl varisləri hesab edirlər.

Buna əks nümunə kimi “Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçının (Həmzə Cümşüd oğlu Sadıqovun) qəhrəmanlığını göstərə bilərəm. Həmzə Sadıqov Stalinqrad ətrafında sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın silahdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb. Hitlerinbioloji bomba”sının atası adlandırılan, insan libaslı bir vəhşi olan Roddenburq həmin silahı məhz yəhudi uşaqları üzərində sınaqdan keçirirdi. Məhz yəhudi uşaqlarını xilas etmiş Həmzə Sadıqovun cəsurluğu və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölüm pəncəsindən qurtulub. Sadıqov özünün bu şücaəti və igidliyi ilə ona minnətdar olan nəsillərin ürəklərində özünə şücaət və ölməzlik abidəsi ucaldıb.

Azərbaycanda belə qəhrəmanlar çox olub. Lakin Azərbaycan xalqının bir keyfiyyəti təvazökarlıqdır, bu ölkədə görülmüş xeyirxah işlər barədə danışmağı xoşlamırlar. Ona görə faşizmə qarşı mübarizə aparmış yəhudi ailələrini xilas etmiş qəhrəman Sadıqovun adı dünyada o qədər məlum deyil. Ermənistanda isə faşist cəllad generallar Dronun Njdenin şəxsiyyətinə pərəstiş təbliğ edilir.

Ermənistanda antisemit ermənilərin tərifinin göyə qaldırılması faktı ilə yanaşı, qatı antisemitizm, şovinizm faşizm baş alıb gedir. Antisemitizm haqqında çox yazılıb, lakin Ermənistanda hökm sürən antisemitizmi az yerdə görmək mümkündür. Ermənistanda yəhudilər üzərində mədəni zorakılıq indiyədək davam edir. Bu zorakılıq antisemit məzmunlu kitabların nəşr olunmasında, televiziyada antisemit ruhlu verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanları memorialının dəfələrlə murdarlanmasında özünü göstərir.

Dünya yəhudilərini narahat edən problemlərlə - Ermənistanda antisemitizm problemləri ilə yanaşı, 1988-ci ildə erməni millətçiliyinin baş qaldırması nəticəsində 250 min azərbaycanlı öz doğma yurdlarından qovuldu bu məskənləri - 172 Azərbaycan qəsəbəsini, əhalisi qarışıq tərkibli olan 89 kəndi Ermənistanın 6 şəhərini tərk etməyə məcbur oldu, 226 azərbaycanlı ermənilər tərəfindən öldürüldü.

Bu gün heç kimə sirr deyil ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar dövlətdir. Erməni işğalı və etnik təmizləmə nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın yaşayır. Ermənistanla münaqişənin və Azərbaycan ərazilərinin işğal edilməsinin belə vəziyyəti Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid kimi qalmaqdadır. Ermənistan 20 ildən çox bundan əvvəl Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə etinasız münasibətini davam etdirir.

İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə onun mühüm strateji tərəfdaşı olan İsrail dövləti tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün son dərəcə zəruri və əhəmiyyətlidir.

Cənubi Qafqaz regionunda yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq və inteqrasiya nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etməsi üçün bu cür dinc yanaşı yaşamaq mümkündür. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl modelidir.

 

Azərbaycan.- 2017.- 24 sentyabr.- S.2.