Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının miqyası genişlənir

 

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin  birgə təşkilatçılığı ilə keçirilən Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının konsert proqramları rəngarəngliyi ilə yadda qalır.

Beynəlxalq Muğam Mərkəzində “Sevgili canan” adlı layihə çərçivəsində Azərbaycanın gənc bəstəkarlarının yeni romanslarının təqdimi də məhz musiqi festivalı çərçivəsində təşkil edilib. Tədbirdə musiqişünas, professor Ceyran Mahmudova romans janrının yaranma tarixindən söz açıb. O bildirib ki, Avropada yaranan bu  musiqi janrının Azərbaycanda əsasını Asəf Zeynallı qoysa da, inkişafı Üzeyir bəy  Hacıbəylinin adı ilə bağlıdır.

Musiqili gecədə Üzeyir bəy HacıbəylininSənsiz”, Tofiq QuliyevinBəxtəvər oldum”, Fikrət ƏmirovunGülərəm, gülsən”, eləcə gənc bəstəkarların romansları səsləndirilib.

Sentyabrın 26-dək davam edən Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevər tamaşaçılar Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış edən gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh artistifəxri adına layiq görülmüş Eliso Bolkvadzenin canlı ifasını dinləyiblər.

İki il əvvəl Batumidə Fərhad Bədəlbəylinin ifasında Qara Qarayevin konsertini dinləyib bəyənmişəm. Bakıda - bəstəkarın vətənində onun prelüdlərini zəif çala bilmərəm. Həmin əsərlərin üzərində çalışıb gələcək konsert proqramlarıma daxil edəcəyəm” - fikirlərini ifadə edən Eliso Bolkvadzeni fərqləndirən cəhət onun bəstəkarın əsərinə köçürdüyü hissləri öz çalğısı ilə dinləyicilərə ötürmək bacarığıdır.

Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı dünyanın bir sıra mədəniyyət mərkəzlərində maraqlı yaddaqalan konsert proqramları ilə davam etməkdədir.  Berlində fəaliyyət göstərən Azərbaycan-Almaniya Ziyalılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Evində dahi bəstəkarın anadan olmasının 132-ci ildönümü milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.

Birliyin sədri Naibə Şirinova iştirakçılara Üzeyir bəy Hacıbəylinin keçdiyi həyat yolundan, zəngin yaradıcılığından, milli musiqimizin inkişafında əvəzsiz xidmətindən danışıb. Dahi Üzeyir bəyin öz yaradıcılığında Şərqlə Qərbin vəhdətini yaratması tamaşaçıların diqqətinə çatdırılıb.

Tədbirdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifasında bəstəkarınSənsizSevgili cananromansları səslənib. Kiçikyaşlı həmvətənlərimiz  dahi bəstəkarın eyni zamanda, komediya janrının ustadı olduğunu onun felyeton miniatürlərindən ibarət bədii kompozisiya cənublu soydaşların iştirakı ilə hazırladıqları “O olmasın, bu olsunmusiqili komediyasından səhnəciklərlə təsdiqləyiblər.

Böyük bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında  da festival çərçivəsində Rusiyanın fortepiano triosu maraqlı konsert proqramı ilə çıxış edib.   Beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin ifasında romantizmin parlaq nümayəndəsi, görkəmli Polşa bəstəkarı pianoçusu F.ŞopeninPolonez As-durəsəri səsləndirilib.  Konsertin sonunda üç pianoçu dünya musiqisinin qüdrətli simalarından biri, rus bəstəkarı S.Raxmaninovun “2 saylı Elegik trio” əsərini möhtəşəm ifa edərək, səhnəni gur tamaşaçı alqışları ilə tərk ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Novosibirsk Filarmonik Kamera Orkestrinin çıxışı da yaddaqalan olub.  Uzaq Sibirdən gəlmiş orkestr artıq Azərbaycandan kənarda, Avropanın bir çox konsert salonlarında da alqışlarla qarşılanıb yola salınan gənc azərbaycanlı  dirijor,  əməkdar artist Əyyub Quliyevin idarəsi ilə maraqlı proqram təqdim edib. Azərbaycan, rus dünya bəstəkarlarının əsərlərindən ibarət proqramda həm klassik, həm XX əsrin ikinci yarısında intişar tapan avanqard musiqinin ən maraqlı nümunələrinə yer verilib.

Üzeyir bəyinArazbarı”sı ilə yanaşı, dahi bəstəkarımız Qara QarayevinYeddi gözəlbaletindən fraqmentlər   xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz ƏlizadəninMetamorfozlarəsərinin ifası da proqrama daxil edilib.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.- 27 sentyabr.- S.6.