Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar rəssam”

 

Bəşirov Taryer Ağaveyis oğlu

 

“Əməkdar mədəniyyət işçisi

 

Şirəliyeva Asya Əlimövsüm qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-28 sentyabr.- S.2.