Azərbaycan Xalça Muzeyinin əməkdaşlarınınAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif edilsinlər:

 

Ağayeva Püstə Tofiq qızı

Məlikova Təranə Nadir qızı

Zeynalova Rəma Mais qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-28 sentyabr.- S.2.