Üzeyir Hacıbəyli IX Musiqi Festivalı açıq elan edilib

 

Sentyabrın 18-də Heydər Əliyev Fondunun Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan açılış mərasimində Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət sənət adamları digər mötəbər qonaqlar iştirak ediblər.

Mərasim Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında (orkestrin bədii rəhbəri baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarınKoroğluoperasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

Gecədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ifasında yerli xarici bəstəkarların əsərləri təqdim olunub.

Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək festival günlərində ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.

 

Azərbaycan.- 2017.- 19 sentyabr.- S.6.