Azərbaycanın siyasidiplomatik mövqeləri keçən il daha da möhkəmlənib

 

Müstəqilliyin bərpasının 25-ci ildönümü tamam olmuş Azərbaycan Respublikası yola saldığımız 2016-cı ildə də milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövləti statusunu qoruyub saxlamışdır.

Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.

Tarixi təcrübə göstərir ki, xalqının maraqlarını uca tutan liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürüdür, uğurlu gələcək naminə dövlətin güc və imkanlarını toparlayaraq vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edirlər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. “Əsl siyasət konkret, real görməkdən ibarətdir” - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün güclü iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Dövlət rəhbərinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir.

Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən müddətdə bəyanat səviyyəsində reallaşmamış qalsın. Əksinə, cəmi 13 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir. Bunlarla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir.

Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən ildə də müstəqil Azərbaycanda makroiqtisadi sabitlik möhkəmlənmişdir.

Ötən ilin mühüm hadisələri sırasında 26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq referendumunun keçirilməsini xüsusi qeyd etmək olar. Azad, demokratik və şəffaf şəraitdə yekunlaşan seçkilər eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynadı. Konstitusiyanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edən əlavə və dəyişikliklərə ölkə vətəndaşları müsbət münasibət bildirdilər. Əsas Qanunun 23 maddəsində dəyişikliyin, həmçinin 6 yeni maddənin əlavə edilməsi çox mütərəqqi addım oldu. Şübhəsiz bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, Konstitusiya ali qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan, məzmun sabitliyi ilə səciyyələnən əsas normativ-hüquqi aktdır. Bununla belə, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması və sabitliyi onun daimi dəyişməzliyi anlamına da gəlmir. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadisiyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik və əlavələri zərurətə çevirir.

26 sentyabrda Konstitusiyaya edilən əlavə və dəyişikliklər mütərəqqi xarakter daşımışdır. İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər ölkəmizdə inkişafın davamlılığına təminat yaradacaq. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevikeffektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Konstitusiya islahatının mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi xarici ekspertlər tərəfindən də təqdir edildi. Əsas Qanunda 23 dəyişikliyin 16-sının, yəni dörddən üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması deyilənlərə əyani misaldır.

Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaradıb. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

Son illərdə nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini göstərir. Rəsmi Bakının Avropadünya miqyaslı siyasi, iqtisadihumanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir.

Ötən müddətdə ölkəmizdə “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı, “Çoxqütblü dünyaya doğrumövzusunda IV Qlobal Bakı Forumu, BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumu, Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər NeftQaz 2016” sərgisi, Azərbaycan-Rusiya-İran prezidentlərinin zirvə görüşükeçirilib.

2016-cı ilin mühüm hadisələri sırasında Azərbaycanın ən yeni tarixinə aprel zəfəri kimi əlamətdar bir gün də qızıl hərflərlə yazıldı. Ötən ilin aprelin əvvəllərində həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu. Goranboy rayonunaNaftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Silahlı qüvvələrimizin düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və silahlı qüvvələrimizin sürətlə irəliləməsi, Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: “2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasidiplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağqurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.

2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuşişğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir”.

Ümumilikdə, ötən ilin təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə davam etdiriləcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 8 yanvar.- S.1, 2.