Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında aqrar elmin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 yanvar 2017-ci il

 

Azərbaycan.- 2017.- 10 yanvar.- S.2.