Gözəlliklər diyarı Azərbaycanda ekoturizmin inkişafı üçün geniş imkanlar var

 

Təbiəti sevmək və qorumaq hər kəsin vətəndaşlıq borcudur.Təbii resursları ilə ölkəmizə gələn əcnəbiləri heyran qoyan, hətta əbədi turistə çevirən Azərbaycan təbiəti mövcud 11 iqlim qurşağının 9-nu özündə qoruyub saxlayır.

Ölkəmizin təbii landşaftlarının qorunmasına xüsusi təbiət mühafizəsi rejimi vasitəsi ilə nəzarət edilir. 1925-1930-cu illərdə Azərbaycanın ilk qoruqları - Göygöl, Zaqatala və Qızılağac, 1936-cı ildə Hirkan, 1958-ci ildə isə Türyançay qoruğu təşkil edilib. 1959-cu ildə “Azərbaycan SSR-nin təbiətinin mühafizəsi haqqında” qanunu qəbul edildikdən sonra ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq (Qobustan, Pirqulu, Şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İlisu) yaradılıb. Beləliklə, 1930-cu ildən 1990-cı ilə kimi dövlət qoruqlarının sayı 3-dən 15-ə çatdırılıb. 2004-cü ildə isə artıq ümumi sahəsi 194.898 min hektar (ölkə ərazisinin 2,28 faizi qədər) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcud idi.

Xaricdə belə qoruqların yaradılmasına gec başlanıb. ABŞ, Kanada, Cənubi Amerika, Afrika, Avropa və MDB ölkələrində yaşı yüzə çatan milli parklar olsa da, qoruqlar yoxdur. Lakin ölkəmizdə milli parklardan öncə qoruqlarımız olub ki, adı və şöhrəti nəinki Cənubi Qafqazda, hətta dünyada məşhurdur. Böyük Qafqazda 6, Kiçik Qafqazda 3, Talış dağlarında 1, Kür-Araz və Lənkəran ovalıqlarında 4 dövlət qoruğu yaradılıb. Bir sözlə, Azərbaycanda 2 qoruq (Qızılağac və Qobustan) beynəlxalq, 12 qoruq regional və 1 qoruq (Qaragöl) ölkələrarası qoruq hesab olunur. Qobustan qoruğu isə beynəlxalq turist marşrutunun tərkibinə daxildir.

Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə yaradılan Şahbuz Dövlət Təbiət Qoruğunun torpaq sahələri dəniz səviyyəsindən 2200-2400 metr hündürlükdəki dağlıq sahələri əhatə etməklə, Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşir. Burada 2899 bitki növü yayılıb. Qoruğun ərazisində şabalıdı və torflu torpaq tiplərinin inkişaf tapması landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayır. Azərbaycan ərazisində qeydə alınmış 366 quş növündən Şahbuz Dövlət Təbiət Qoruğunda Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşıb. Qoruğun ərazisində qonur ayı, porsuqvaşaqa rast gəlinir.

Yeri gəlmişkən, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində, Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə 25,2 hektarda yaradılan Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi dəfələrlə dəyişdirilib. Qoruğun ərazisi hazırda 23844 hektardır. Burada 900-dən artıq bitki növü yayılıb. Burada palıd, vələs, fıstıq, qarağac, cökə, göyrüş, şabalıd, qoz, ayı fındığı, quşarmudu ağacları bitir. Hətta bu meşələrdə yaşı 200-250 il olan, hündürlüyü 30 metrə çatan fıstıq ağaclarına da rast gəlmək mümkündür.

Qoruqda yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və kəpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın “Qırmızı kitab”ına, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya “Qırmızı kitab”ına daxil ediliblər. Qoruğun nəzdində təbiət muzeyi fəaliyyət göstərir.

Azərbaycan təbiətinin özünəməxsusluğunu əks etdirən belə qoruqların sayı az deyil, 1958-ci il mayın 6-da AğdaşYevlax rayonları ərazisində, dəniz səthindən 400-650 metr hündürdə təşkil olunan Türyançay, eləcə də Pirqulu, Şirvan Dövlət Təbiət Qoruğunda 30 növ məməlilər, 9 növ sürünənlər, 6 növ amfibiya, 64 növ quşlar mövcuddur. Palıd və fısdıq meşələrində qaban, vaşaq, qurd, çaqqal, tülkü, cüyürbaşqa heyvanlar da yaşayır. Bir neçə növ bitkilər (qaracöhrə), heyvanlar-quşlar (qonur ayı, vaşaq, köpkər, tetra) “Qırmızı kitaba salınıblar.

Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində 1978-ci ildə təşkil olunan Qarayazı, Laçın ilə Ermənistanın Gorus rayonu sərhədində, dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunu da bu siyahıya əlavə etməliyik. Qoruğun ümumi sahəsi 240 hektardır. İşıqlı dağında yerləşən Qaragöl Qarabağ vulkanik dağ silsiləsinin cənubunda, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsində, Böyük İşıqlı dağının şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və Kiçik İşıqlı dağı ilə əhatə olunub.

1987-ci ildə 9,3 min hektar ərazidə Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyasel hadisələrinin qarşısını almaq məqsədilə yaradılan İlisu Dövlət Təbiət Qoruğunda 500 növ bitki var. Burada maral, cüyür, dağ kəli, qaban, dələ, qarapaças. heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu Dövlət Təbiət Qoruğunun ərazisi 17381,6 hektara çatdırılıb.

Azərbaycan Prezidentinin 2004-cü il 16 dekabr tarixli sərəncamı ilə Samux rayonunun ərazisində yaradılmış Eldar Şamı Dövlət Təbiət Qoruğu mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin, dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.

Nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ildə Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93,5 faizini təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, burada yaşı 1200-1500 il, hündürlüyü 50, diametri 4 metrədək olan ağaclara da rast gəlinirdi.

Böyük Qafqazın cənub yamaclarında rayonun ərazisindəki İsmayıllı Dövlət Təbiət Qoruğu 1981-ci ildə təbii kompleksi qorumaq məqsədilə İsmayıllı yasaqının yerində təşkil olunub, sahəsi 5,78 min hektardır.

Azərbaycan Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən Milli Strategiya və Fəaliyyət Planında bildirilir ki, təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə, habelə digər su ekosistemləri və ekoloji komplekslərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox faunaflora növləri, cinslər məhv olmuşya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.

Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında milli parkların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Milli parklar dedikdə, təbii ki, xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilər nəzərdə tutulur.

Xatırlatmağa dəyər ki, 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl milli parkları da yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə Ordubad Milli Parkının ərazisi isə Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına Şahbuz Dövlət Təbiət Qoruğu genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Eyni sərəncamla park akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.

Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi genişləndirilərək 130508,1 hektara çatdırılıb. Azərbaycan Prezidentinin 2012-ci il 5 noyabr tarixli sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqları hesabına 11772,45 hektar ərazidə Samur-Yalama Milli Parkı da yaradılıb.

Ölkə ərazisinin 3,7 faizini milli parklar təşkil edir. Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə Azərbaycan RespublikasınınQırmızı kitab”ına daxil edilmiş tipik flora fauna növlərinin qorunub saxlanması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə tədqiqatlar, turizm istirahət üçün şəraitin təşkilidir.

Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaradır. Hirkan meşələrinin UNESCO-nun Ümumdünya Mədəni Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq Ümumdünya İrs Siyahısına göndərilməsi təsadüfi deyil.

Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyinin 65580 hektar xüsusi mühafizə edilən ərazisinin 54373,5 hektarında Şirvan Dövlət Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. Azərbaycan dünya miqyasında təhlükədə olan quşlardan milli parkın ərazisində 34 növünə rast gəlinir. Onlardan 14-ü yalnız AzərbaycanınQırmızı kitab”ına, 10-u Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısına, 10-u isə həm AzərbaycanınQırmızı kitab”ına, həm Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısına daxil edilib.

Ölkəmizdə gəzməli, görməli və istirahət etməli təbiət guşələrindən biriGöygöl Milli Parkı, Göygöl Dövlət Təbiət Qoruğudur. O, 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur.

Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan Abşeron Milli Parkı yarımadanın cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir. Parkda 50-dən artıq quşheyvan, 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimiGinnesin rekordlar kitabına daxil edilib.

Respublikamızın şimal-şərqində, Xızı və Siyəzən rayonlarının ərazisindəki Altıağac Milli Parkı 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğuona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb ki, ərazisi 11035 hektardır. Bu parkın adının mənşəyi məsafə ölçü vahidi olanağac” sözündən götürülüb. Milli park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən, ona və kəndlərin birinə Altıağac adı verilib. Xatırladaq ki, bir ağac məsafəsi təqribən 5-6 km-ə bərabərdir.

115895 hektar ərazini əhatə edən Şahdağ Milli Parkı da ölkəmizdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edən füsunkar guşələrdən biridir. Əlbəttə, bu parkın yaradılmasında məqsəd nəsli kəsilməkdə olan növlər və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası və idarə edilməsi, torpağın münbit qatının saxlanılması, ərazi üçün xarakterik olan faunaflora növlərinin qorunması, artırılması və zənginləşdirilməsidir. Həmçinin böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsi də vacib amillərdəndir.

Ağcabədi və Beyləqan rayonları ərazisindəki Ağgöl Milli Parkına gəlincə, bura əvvəllər yasaqlıq, sonra qoruq sayılıb, 2003-cü ildən isə milli park kimi fəaliyyət göstərir. Bu gölün ətrafında müxtəlif növ quşlar, heyvanlar toplanıb.

Azərbaycanda milli parkların yaranması dövlətin diqqət mərkəzindədir. Bununla yanaşı, son illər təbiətə qayğı Heydər Əliyev Fondu tərəfindən xüsusi layihələrlə həyata keçirilir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-  11 yanvar.- S. 7.