Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasət uğurla davam edir

 

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

 

Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

 

Azərbaycan.- 2017.-  12 yanvar.- S. 8.