İlham Əliyev İslam həmrəyliyinin Azərbaycan nümunəsini yaradır

 

Müsəlman dünyasının yeni intibah dalğası Bakıdan başlayacaq

 

Azərbaycan tarixi həm də bir xalqın keşməkeşli inanc salnaməsini əks etdirir. Minilliklərin, əsrlərin sınaqlarında inandıqlarımız və tapındıqlarımız dəyişsə də, fərqli dinlərə sitayiş etsək də, bu gün tolerantlıq adlandırdığımız dözümlülüyə hər zaman sadiq qalmışıq və əks etiqada ehtiram göstərmişik.

Millət olaraq atəşpərəstliyə, xristianlığa, hətta ən qədim çağlarda bütpərəstliyə pənah gətirməyimiz inkarolunmaz tarixdir. Hər dövrün hərbi və siyasi durumu bizim inanc ünvanlarımızın dəyişməsinə təsirsiz qalmayıb.

VIII əsrdən etibarən başlayan ərəb yürüşləri Tanrının sonuncu elçisinin dininə - islama yönəlməmizə rəvac verib. Və gerçək tarix Babək mücadiləsi ilə yanaşı, islamın yayılmasına, təkmilləşməsinə böyük töhfələr vermiş azərbaycanlı sərkərdələrə və teoloq-alimlərə də şahidlik edir.

 

Ateizmmövhumat arasında ən doğru orta yol

 

1300 illik müsəlman mənsubiyyəti xalqın mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə mühüm təsir göstərib. Ümumilikdə götürsək, islam tarixinin yüksəliş və tənəzzül dövrləri, yaxud mənəvi intibahmüasir ictimai-teoloji qeyri-müəyyənlik, xaos çağları da Azərbaycanda dini durumu müəyyənləşdirən əsas amil olub. Yəni müsbət meyillərini yaşamışıq, dağıdıcı təsirlərini də görmüşük.

XIX əsrin ikinci yarısından etibarən başlayan, ötən əsrin əvvəllərində daha geniş miqyas alan milli maarifçilik dalğasının da əsas məramı məhz islamın mənəvi təsirləri ilə kifayətlənməyi, dinin siyasi proseslərə qoşulmamasını, ictimai həyatda mütləq üstün mövqedən uzaqlaşdırılmasını diktə edirdi. Dinin bir qrup nadanın əli ilə cəhalət, mövhumat mənbəyinə çevrilməsi, xalqın inkişaf səviyyəsinə əsaslı zərbələr vurması vətənpərvər sələflərimizi bu istiqamətdə fəal hərəkətə keçirdi. İslamın yanlış təmayüllərdən uzaqlaşaraq, insanların mənəvi yüksəlişinə rəvac verən, cəmiyyətdə mərhəmət hisslərini aşılayan sülhetimad dini kimi təşəkkül tapması onların və elə indi biz müasir ziyalıların dəyişməz istəyidir.

Azərbaycan xalqı son bir əsrdir ki, ateizmmövhumat arasında ən doğru orta yolu formalaşdırır. Bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidibu kontekstdə islamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu siyasətin əsas mahiyyəti 13 əsrlik inanc dəyərlərimizin milli xüsusiyyətlərimizlə uzlaşdırılması və islamın Azərbaycanı digər ölkələrdə olduğu kimi, savaşa, məzhəblərarası konfliktlərə, cəmiyyətdə mənəvi durğunluğa sürükləməməsidir. Əksinə, əsl islam fəlsəfəsinə uyğun olaraq insanların mənəvi zənginliyinin artmasına təkan verməsidir.

Son 25 il ərzində çox istiqamətlər üzrə nümunələr, örnəklər yaradan ölkəmizdə islamın cəmiyyət və dövlət həyatına effektiv təsirlərini təmin edən, islamı zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli formalaşıb. Bu model ölkədə məscidlərin sayını 17-dən 2000-ə qədər yüksəltməklə yanaşı, onları cəhalət yuvasına çevrilməkdən qoruyur. Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlər - dini maarifçilikruhani zümrənin məzhəblərarası ünsiyyətə, əməkdaşlığa sövq edilməsi Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı da əhəmiyyətli sipərdir.

 

Dini cəhalətdən dünyəvi maarifçiliyə doğru

 

Azərbaycan dünyəvi dövlətdir. Əhalinin əksəriyyəti məhz dünyəvi yaşam tərzi sürür. Lakin ölkədə müəyyən təbəqə mühafizəkar baxışlara malikdir. Bu qismin azad etiqad etməsi, dini ritualları maneəsiz həyata keçirməsi, ənənəvi həyatlarını sürmələri üçün hər cür şərait yaradılıb, bu, əslində, Konstitusiya normasıdır. Ölkədə məscidin olmadığı bir kənd belə yoxdur. Onların hamısı dövlətin hesabına ya tikilib, yaxud da bərpa-təmir olunub.

Prezident İlham Əliyev dəfələrlə ailəsi ilə birlikdə islamın müqəddəs məbədi olan Kəbə evinə ümrə ziyarəti edib, həmçinin tək Qafqazın deyil, ümumiyyətlə, Şərqin ən müasir, geniş, zövqlü ibadətgahları sırasında olan məscidlərinin ölkəmizdə tikilməsinin səbəbkarı olub. Ən əsası, İlham Əliyev də siyasi sələfi Heydər Əliyev kimi Prezident səlahiyyətlərinin icrasına başlayarkən Qurani-Kərimə and içirdini tədbirlərdə mütəmadi iştirak edir. Azərbaycanda ruhanilərin səsi dövlət tərəfindən daim eşidilir, fikirləri nəzərə alınır, onlara hər cür dəstək göstərilir, fəaliyyətləri səmərəli tənzimlənir.

Zamanın sınağından uğurla çıxmış və digər ölkələrin timsalında öz mükəmməlliyini, bənzərsizliyini davamlı olaraq göstərən dövlətin din siyasəti ölkədə ictimai sabitliyin, dini etimad mühitinin, məzhəblərarası sağlam əməkdaşlığın əsas rəhnidir. Bu sahədə dövlət siyasətini həyata keçirən əsas strukturun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusən son iki il ərzindəki fəaliyyəti də diqqətçəkəndir. Komitənin rəhbərliyi, əməkdaşları Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən düzgün strategiyanın həyata keçməsi üçün Azərbaycanın bütün dini icmalarını, məscidlərini kəndbəkənd, şəhərbəşəhər ziyarət edir, real durumu öyrənir, dinin yalnız maarifçilik xüsusunda təbliğinə şərait yaradırlar.

Azərbaycan islam ölkələri içərisində müasir inkişaf xətti ilə seçilib. Son onillikdə müsəlman dünyasında baş verən ziddiyyətlər, savaşlar, terrorçu qruplaşmaların dövlətləri ələ keçirmələri kimi proseslər fonunda Azərbaycan artıq islam platformasının ən müasir, sabit ölkəsinə çevrilib, təriqətlərarası sülhetimad mühiti burada etibarlı qorunur.

Şübhəsiz ki, son onillikdə digər müsəlman dövlətlərinin bugünkü acı mənzərəsini Azərbaycanın da yaşaması üçün xaricdən cəhdlər olunub, daxildə süni gərginlik yaradılmasına çalışılıb. İslam adı altında terrorçuluğu, savaşı, məzhəblər arasında qovğaları ölkəmizə ixrac etmək üçün dövriyyədə indiplanlar var. Lakin bunun qarşısı İlham Əliyev tərəfindən uğurla alınır.

 

İslam VII əsrə dönüş deyil, gələcəyə baxışdır

 

Təəssüf ki, bu gün dünyada islamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində, islamın daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Müsəlman dəyərlərinin təbliği adı altında 1400 il öncəki yaşam və həyat tərzini zorən müasir insanlara tətbiq etmək, məscidləri ibadətgahlardan siyasi mərkəzlərə çevirmək, bir qrup avantüristin Allahın, Quranın, Peyğəmbərin adından “hökm” verərək dövlətləri parçalamaq, xalqları məhvə sürükləmək, hakimiyyətə gəlmək məqsədilə islamı təhrif etmək - budur günümüzün reallıqları...

Bu mənzərəni yaradanların əks sivilizasiyadan olduğunu deyə bilərik, amma bu, səbəblər sırasında heçilk deyil. Əsas səbəb islamın siyasi alətə çevrilməsinə yönələn cəhdlər, məzhəblərarası savaşlardini maarifçiliyin arxa plana keçməsidir. Bu cür rəzil yanaşmalar isə şübhəsiz ki, məlum Qərb dairələrinə öz məkrli niyyətlərini həyata keçirmələrinə şərait yaradır. Etiraf edək, islama ən böyük zərbə kənardan yox, məhz müsəlmanlardan - cahil düşüncə tərzindən, mövhumatçı təfəkkürdən gəlir.

Bu baxımdan, qeyd etdiyimiz Azərbaycan nümunəsi öz misilsizliyini tam sübut edir. Ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, islama doğru yanaşmasını və baxışını təkmilləşdirib. Azərbaycanda mühafizəkar təbəqə anlayır ki, özünəməxsus yaşam tərzini sürməsinə heç bir maneə yoxdur, amma o, bunu başqalarına da zorən tətbiq etməyə cəhd edə bilməz.

Azərbaycan insanı üçün islam VII əsrə dönüş deyil, gələcəyə baxışdır. Vətəndaşlarımız bilirlər ki, xristianlığın, yəhudiliyin mövcud müasir siması məhz minilliklər öncəki dini ehkamları davamlı olaraq dövrün tələblərinə uyğunlaşdırmalarıdır və bu prosesin islamda gecikməsinin məsuliyyəti maddi-siyasi maraqlarını güzəştə getməyən ruhanilərin üzərindədir. Ərəb xalqının 1400 il öncəki yaşam tərzi, o coğrafiyanın tələb etdiyi həyat şərtləri, təfəkkür səviyyəsi bugünkü müasir Azərbaycan insanı üçün adekvat ola bilməz. Xalqımız heç vaxt islam ümməti içində əriyib, öz milli varlığından uzaqlaşmayıb, islamaqədərki zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, kimliyini unutmayıb. Azərbaycan vətəndaşı islamın humanist fəlsəfəsini, elm və təhsilə vacib meyar kimi yanaşmasını, savaşlara qarşı olmasını əsas götürür.

Təsadüfi deyil ki, islam dünyasında “Allah” adı altında sünnilərin şiə məscidlərini dağıtması, şiələrin sünni məhəllələrini topa tutması, sələfilərin isə hər iki təriqət mənsublarını öz qanlı terroruna qurban etməsi fonunda Azərbaycanda hər üç məzhəbin təmsilçiləri Heydər məscidində çiyin-çiyinə dayanaraq Tanrıya dualar edir, vəhdət namazı qılırlar. Fərqli islam cərəyanlarının yalnız Azərbaycanda bir amal ətrafında Allaha tapınması, birləşməsi bizi azərbaycanlı olaraq nə qədər sevindirsə də, bunun başqa ölkələrdə təkrarlanmaması müsəlman olaraq bizi çox təəssüfləndirir.

 

İlham Əliyevin yeni missiyası

 

İlham Əliyev beynəlxalq miqyasdakı “qlobal sülh və əməkdaşlıq” hərəkatının əsas öncüllərindəndir. Prezident sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, “Tolerantlığın Azərbaycan nümunəsi” dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Bakı ümumdünya problemlərini həll etmək üçün fərqli dinlərin təmsilçilərini bir araya gətirən mərkəz kimi tanınır. Hər il ölkədə bu yönümdə çoxsaylı qlobal forumlar, konfranslar təşkil olunur.

Dünyanın ən böyük məzhəbinin başçısı, 1 milyard 300 milyondan artıq insanın mənəvi lideri Roma Papası Fransisk Bakıya səfərə gəlir, Azərbaycanı dinlər arasında faydalı əməkdaşlığın etibarlı ünvanı kimi tanıdığını söyləyir və başqa ölkələrdə etmədiyi ziyarəti gerçəkləşdirir: fərqli dinin məbədinə - Heydər məscidinə gedir!

XXI əsrdə əsas qan çanağı, savaş mənbəyi, terror yuvası təəssüf ki, islam dünyasıdır. İlham Əliyevin son dövrlərdəki fəaliyyəti göstərir ki, qlobal miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq, məzhəblər arasında etimad yaratmaq, müasir düşüncə tərzini yaymaq, cəhalətdən uzaqlaşmaq gərəkdir.

Prezidentin bu sahədəki fəaliyyətinin ilk istiqaməti Azərbaycan nümunəsində İslamın kamil, təkmil, yüksək mənəvi etiqad üslubunu yaratmaq və din-dövlət münasibətlərini düzgün məcraya yönəltməkdir.

İlham Əliyevin liderliyində Azərbaycan artıq yeni təşəbbüslə çıxış edir: İslam həmrəyliyinə nail olmaq! Bunu həyata keçirməklə həm daxili qovğalara son qoymaq, həm də islamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülhsabitlik ideyalarının tərənnümçüsünə çevirmək mümkündür.

Müsəlman dünyasında müasirliyin, kamilliyin, sabitliyin, inkişafın ən favorit ünvanı olan Azərbaycan öz üzərinə yeni missiya götürür. Güclü müsəlman ölkələrindən Səudiyyə Ərəbistanının, İranın, Qətərin islamın bir məzhəbini konstitusion normaya çevirib, təriqəti dövlət siyasətinin əsası elan etdiklərini, yaxud digər böyük dövlət Türkiyədə müxtəlif dini camaatların siyasətə zorən daxil olaraq dövlətin əsaslarını dağıtmağa çalışmalarını, həmçinin Pakistanın, Misirin və digər ölkələrin daxili gərginlik yaşamalarını nəzərə alsaq, Azərbaycanın İslam həmrəyliyini yaratmaq prosesində liderliyi şəksiz görünür.

“Çalışacağıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar” - İlham Əliyevin bu fikirləri onun yeni missiyasının əsas məramıdır.

Tam yüz il öncə - XX əsrin əvvəllərində sələflərimiz islam dünyasında mədəniyyətdən incəsənətədək, insan hüquqlarından mətbuat azadlığına qədər çoxsaylı ilklərin müəllifləri oldular. Müsəlman aləmində ilk demokratik respublikanı da məhz Azərbaycan xalqı təsis etdi.

Yüz il sonra - XXI əsrin ikinci onilliyində Azərbaycan yenə də öndədir. Bu dəfə hədəfimiz daha müqəddəsdir: əvvəl öz ümmətini, sonra isə dünyanı qana boyayan savaşlara son qoymaq, İslam həmrəyliyini yaratmaq, müsəlman aləmini dünyanın ən inkişaf etmiş, müasir sivilizasiyasına çevirmək!

Beləliklə, “Tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan örnəyi”, “Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesikimi qlobal təşəbbüslərin arxasınca İlham Əliyev “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”ni formalaşdırır.

Və müsəlman dünyasının yeni intibah dalğası artıq Bakıdan başlayır...

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2017.- 12 yanvar.- S. 1.