Sumqayıt Dövlət Dram Teatrı şəhərin mədəni elitasının göstəricisidir

 

XX əsrin 40-cı illərində yaradılan Sumqayıta gənclər şəhəri deyirlər. 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə respublikamızda deyil, dünya miqyasında tanınmağa başladı. Ulu öndər vaxtaşırı Sumqayıta gələr, burada aparılan quruculuq işləri, mədəniyyət ocaqlarının inşası ilə şəxsən maraqlanardı. İctimaiyyət nümayəndələri ilə görüşlərdə öz dəyərli tövsiyələrini verərdi. Tikinti-quruculuq işlərinə xüsusi diqqət verən ulu öndər şəhərin bütün problemlərinə həssaslıqla yanaşardı.

Həmin dövrdə inşa edilən mədəniyyət saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə o, H.Ərəblinskinin adını daşıyırdı) binası idi. Bina üçün yeriulu öndər seçmişdi. Üstündən illər keçsə, şəhər solasağa genişlənsə də, yenə həmin bina ərazi əhəmiyyətini itirməmişdir.

1956-cı ildən fəaliyyətə başlayan teatrın səhnəsində təkcə Azərbaycan deyil, dünya mütəfəkkirlərinin də əsərləri tamaşaya qoyulardı. Bu da əsasən rusdilli əhalinin maraq dairəsini təmin edərdi. Şəhərə səfərə gələn ulu öndər aktyor personalına yerli yazıçıların əsərlərini tamaşaya qoymağı təklif edərdi. Ulu öndər Heydər Əliyev vaxt tapan kimi məşqlərə baxmağa da gələrdi. Bu, teatrın aktyorlarına stimul verərdi.

Bu gün şəhərdəki yeniliklərdən biri də məhz teatr binasına göstərilən qayğıdır. Sumqayıt Dövlət Dram Teatrının binası istifadəyə verildiyi zamandan bugünədək bir dəfə də olsun əsaslı təmir edilməmişdi. Ötən ilin uğurlarından biriburada yenidənqurma işlərinə başlanılmasıdır. Ötən ilin 27 sentyabrında Sumqayıta səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının binasında görülmüş işlərlə tanış oldu.

Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırılıb.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiyaqrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar mərmərlə üzlənib.

Binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək.

Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının çoxsaylı kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır.

Teatrın direktoru İslam Həsənov Sumqayıt Dövlət Dram Teatrının təmirini şəhərin mədəni həyatında vacib məsələ kimi qiymətləndirdi:

- Bu gün sumqayıtlılar bayram və istirahətlərini möhtəşəm Sumqayıt bulvarında, Nəsimi adına parkda keçirirlər. İnsanın təkcə gəzmək deyil, həm də mədəni tədbirlərə marağı olur. Sumqayıt Dövlət Dram Teatrı belə bir mədəni missiyanın daşıyıcısıdır. Bu teatrın səhnəsində yüzlərlə yerlixarici yazıçı və şairlərin əsərləri səhnələşdirilmişdir. Respublikanın aktyor potensialının artımında da bizim teatrın müstəsna rolu olmuşdur.

Teatrın nümayəndələri harada olurlarsa, orada ulu öndərin mədəniyyətimizə göstərdiyi misilsiz qayğıdan söz açırlar. Ümummilli liderin şəxsi yanaşması və xeyir-duası ilə inkişaf dövru keçən Sumqayıt Dövlət Dram Teatrının səhnəsindən onlarla sənətkar pərvazlanmış, teatr məktəbinin korifeylərinə çevrilmişlər. Muxtar Dadaşov, Barat Şəkinskaya, Afaq Bəşirqızı və onlarla digərləri bu ocağın yetirmələridir.

Teatrın direktoru İslam Həsənov bizimlə söhbətində dedi ki, 150 nəfərlik kollektivdə 11 əməkdar artist, 2 nəfər respublikanın mədəniyyət işçisi və 7 nəfər “Tərəqqi” medalına layiq görülən əməkdaş çalışır. Tamaşalarda gənc aktyorlara rollar verilir. Onların yetişdirilməsi üçün tamaşaların sayı artırılır. Bu da onların püxtələşməsində xüsusi rol oynayır.

Öyrənirik ki, ötən ilin noyabrında yenidən fəaliyyətə başlayan teatrın repertuarı genişdir. M.F.Axundzadənin “Hacı Qara”, İsi Məlikzadənin “Soltanqulu körpüsü”, Hüseynbala Mirələmovun “Vicdanın hökmü”, Rəhman Əlizadənin “Sabah çoxdan başlayıb”, dünya ədəbiyyatından Əziz NesininÖldür məni, can-ciyər”, Con Patrikin “Qocanı öldürməli”, Marsel Bertye MarinyeninOğru” əsərləri sumqayıtlıların maraqla qarşıladıqları səhnə nümunələridir. Hazırda teatrda Emanuel Smitin “Tanrıya on dörd məktub”, Əfqanın “Atilla”, Dədə Qorqud dastanları əsasında “Dəli Domrul” tamaşalarının məşqlərinə başlanıb. İ.Həsənov onu da əlavə etdi ki, teatrda aparılan əsaslı təmirdən sonra işıqlandırma sistemləri müasir avadanlıqlarla təmin edilib. Bu da hazırlanan tamaşaların aktyor rolu ilə yanaşı keyfiyyətini artırır.

Bu gün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində onlarla tamaşa səhnələşdirilir. Şəhər sakinləri istirahət günlərində, asudə vaxtlarında teatra gəlir, maraqlı səhnə əsərlərinə baxırlar. Tamaşanın ən böyük dəyərini verən isə alqışlardır. Sumqayıt Dövlət Dram Teatrından alqış sədaları hələ çox eşidiləcəkdir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 13 yanvar.- S. 8.