Prezident İlham Əliyev DavosdaSuez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də DavosdaSuez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyibir çox layihələrin uğurla icra olunduğu vurğulandı.

Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-18 yanvar.- S.1.