Bolqarıstan qəzeti Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunun saytında verilmiş məqaləsini dərc edib

 

Bolqarıstanın nüfuzlu “24 Çasa” (24 Saat) qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun saytında verilmiş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlardan bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur. Həmçinin əsrlər boyu müxtəlif etnik qruplardini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadıqları bildirilir, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.

Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olanMedia Group Bulgaria” tərəfindən 1991-ci ildən nəşr olunan “24 Çasa” (24 Saat) gündəlik qəzeti həftə içi 52 min 200, həftə sonu isə 97 min 820 nüsxə tirajla bütün ölkədə yayılır.

 

Azərbaycan.- 2017.- 18 yanvar.- S. 2.