Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İliİslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İlielan etməsi təsadüfi deyil. Azərbaycan dünya dövlətləri, xüsusilə İslam ölkələri ilə yaxşı əlaqələr qurub. Bu qərar Azərbaycanda 2016-cı ildə elan olunmuşMultikulturalizm İlinin məntiqi davamı hesab edilir. “İslam Həmrəyliyi İliİslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib.

O deyib ki, son illər Azərbaycanın dünya ölkələri ilə, beynəlxalq təşkilatlarla əlaqələrində mühüm inkişaf müşahidə olunur. Azərbaycan bu inkişafa həm də özünə şüar seçdiyi tolerantlıq və multikulturalizm, birgəyaşayış dəyərləri sayəsində nail olub. Əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri birgə yaşayırlar və bu ölkədə vaxt ayrı-seçkilik hallarına rast gəlinməyib. Əksinə, hər bir insan hiss edir ki, o, vahid fikirli bir ailənin içərisindədir. Şübhəsiz, Azərbaycanın müsəlman ölkələrinin yaxınlaşması, bu ölkələrlə dostluq əlaqələrinin yaradılmasında oynadığı rol Prezident İlham Əliyevin 2017-ci ili ölkədəİslam Həmrəyliyi İlielan etməsinə haqq qazandırır.

Əhməd Sami Elaydi qeyd edib ki, Azərbaycanın İslam dünyası ilə əlaqələrini inkişaf etdirməyə önəm verməsinin bariz göstəricisi onun bu il Dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Bu mühüm beynəlxalq hadisə təkcə idman tədbiri deyil, həm siyasi, ictimai mədəni hadisədir. Məlumdur ki, həmrəylik əməkdaşlıq, qarşılıqlı yardım, bir-birini dəstəkləmək deməkdir. Azərbaycan daim İslam ölkələrinə əməli dəstək göstərir, hər hansı müsəlman ölkəsində baş verən böhranların aradan qaldırılmasına yardım edir. Azərbaycan hər zaman sübut edib ki, İslam dünyasının problemləri ilə yaxından maraqlanan, müsəlman aləminin birliyinə çalışan bir ölkədir. Azərbaycan bütün dünyaya nümunə göstərir ki, müsəlman ölkələri bir-biri ilə münaqişə edən ölkələr deyil, əksinə inkişaf etmiş, bir-biri ilə həmrəy olan ölkələrdir. Azərbaycan keçmişlə müasirliyi özündə birləşdirir, Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bu ölkədə müxtəlif dinlərin məzhəblərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda şiə sünni müsəlmanları Qafqazın ən böyük məscidi olan Heydər məscidində bir yerdə vəhdət namazı qılıblar.

Mərkəzin direktoru bildirib ki, “İslam Həmrəyliyi İli” Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan, həmçinin bununla bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, inkişafı ilə bağlı nümunə təqdim edir. Təbii ki, bu il çərçivəsində görüləcək işlərin müsəlman ölkələrinin birliyinə, onların tərəqqisinə böyük təsiri olacaq.

 

Azərbaycan.- 2017.-18 yanvar.- S.4.