“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 302-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə qərara alır:

“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 88; 2001, ¹ 11, maddələr 669, 676; 2002, ¹ 1, maddə 2; ¹ 5, maddələr 237, 243; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 701; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 3, maddə 229, ¹ 5, maddə 470; 2014, ¹ 11, maddə 1336; 2015, ¹ 5, maddə 497; 2016, ¹ 1, maddə 37) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin  birinci hissəsinin 4-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi.”.

2. 7-ci maddə üzrə:

2.1. adına “yaşayan” sözündən sonra “, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış” sözləri əlavə edilsin;

2.2. birinci cümləyə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri, “verilərkən” sözündən sonra isə “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən” sözləri əlavə edilsin;

2.3. ikinci cümləyə “vəsiqəsində”  sözündən sonra “, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2016-cı il

 

Azərbaycan.- 2017.- 22 yanvar.- S.2.