Bakı-Tbilisi-Qars dəmir yolu səmərəli və təhlükəsiz layihədir

 

Onun reallaşması Azərbaycanın dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində böyük əhəmiyyətə malikdir

 

Şərq-Qərb nəqliyyat dəhlizinin gerçəkləşməsində bu il istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun böyük əhəmiyyəti var. Bu yeni dəmir yolu bağlantısının reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin diqqət mərkəzindədir. Bu, həmin ölkələrin, eyni zamanda sözügedən dəhlizin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

Azərbaycan öz əlverişli coğrafi mövqeyinə görə AsiyaAvropa qitələri arasında körpü rolunu oynayır. Bu, ölkəmizə Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutmağa şərait yaradır. Bununla da Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. Buna misal olaraq Bakı-Tbilisi-Qars dəmir yoluYeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini qeyd etmək kifayətdir. İndi Asiyadan Avropaya daşınan yüklərin həcminin getdikcə artması onların qısa müddətdə mənzil başına çatdırılması məsələsini gündəmə gətirir ki, bunun da uğurlu həllində sözügedən layihələrin böyük əhəmiyyəti var.

BTQ dəmir yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verən layihədir. Bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Onun istifadəyə verilməsi ilə nəqliyyatın imkanları genişlənəcək, sərnişin və yük daşımalarının həcmi artacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu nəinki region, eləcə də bu xəttə qoşulacaq digər ölkələr üçün mühüm əhəmiyyətə malik bir infrastruktur kimi çox dəyərləndirilir. Dəmir yolunun AsiyaAvropa arasında yük və sərnişin axınının artmasına təkan verəcəyi, turistlərin gediş-gəlişi üçün rahatlıq yaradacağı, Xəzər dənizi və Qara dəniz arasında bağlantını təmin edəcəyi şəksizdir.

Digər ölkələrin də bu layihəyə qoşulması nəticə etibarilə tarixi İpək Yolunun inkişafına xidmət edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, ÇinAvropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq.

Bu əhəmiyyətli layihənin sona çatması istiqamətində keçən il də ardıcıl aparılıb. Məsələn, sentyabr ayında Berlində keçirilən “InnoTrans-2016” sərgisində İsveçrənin “Stadler Rail Group” şirkəti BTQ xəttində işləyəcək sərnişin vaqonunu nümayiş etdirib. Həmin tədbirdə şirkətin nümayəndəsinin verdiyi məlumata görə, qatarın sürəti saatda 160 kilometr olacaq və 2017-ci ildə BTQ-nin işə düşməsi ilə istismara veriləcək.

Vaqonlarda müasir məlumatlandırma sistemi, duş (birinci klassda hər kupedə), kondisionerlər və s. quraşdırılıb.

Sentyabr ayında eləcə də “Stadler Rail Group” şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda “Azərbaycan Dəmir Yolları”nın sifarişi ilə hazırlanan və gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət edəcək yataq tipli həmin vaqonlara baxış keçirilib. Baxışda hər iki tərəfin nümayəndə heyətləri iştirak edib.

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə yataq tipli 30 vaqon sifariş verib. Vaqonlarstandart”, “komfort”, “biznes” və “restoran” kateqoriyalarına bölünməklə dörd cürdür. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlikdir.

Müasir texnoloji üstünlüklərə malik vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq. Bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin rahatlığını təmin edəcək.

Qeyd edək ki, “Stadler Rail Group” şirkəti 1942-ci ildə təsis olunub, 1997-ci ildə isə holdinqə çevrilib. 6000 nəfərdən çox əməkdaşın çalışdığı holdinq 8 ölkədə istehsal və xidmət müəssisələrinə malikdir. Burada metro, tramvay, çarxlı və relsli dəmir yolu üçün müxtəlif ölçülü və təyinatlı qatarvaqonlar istehsal edilir.

Keçən ilin sonunda Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan BTQ dəmir yolunun birinci xəttinin 2017-ci ilin əvvəlində istismara veriləcəyinin gözlənildiyini bildirib. Türkiyəli nazir deyib ki, BTQ həm Azərbaycan, həm də Türkiyə üçün çox vacib layihədir: “BTQ Azərbaycan və Türkiyəni kəsintisiz dəmir yolu ilə bağlayacaq. Bu layihə həm də ona görə vacibdir ki, o, Azərbaycan və Türkiyənin regionun digər ölkələri ilə ticarət münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacaq. Bu layihə vasitəsilə yüklər Türkiyədən keçməklə Azərbaycandan Avropaya daşınacaq. Bundan başqa Avropadan yüklər Bakıda tikilməkdə olan Beynəlxalq Dəniz Limanı vasitəsilə Orta Asiyaya çatdırılacaq”.

Ə.Arslan bu layihəyə Çin, Qazaxıstan, Türkmənistan, GürcüstanAvropa ölkələrinin də ehtiyacının olduğunu vurğulayıb.

Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı Azərbaycan öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Bu, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd edilib. Prezident İlham Əliyev BTQ-dən bəhs edərək deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirildi. Biz bütün məsələləri həll etdik. Ümid edirik ki, bu il artıq bu layihə icra ediləcək. Bizdən nə asılı idisə, hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, kreditlər vermişik, 700 milyondan çox. Yəni nə lazımdırsa etmişik və gözləyirik ki, bu layihə tamamlansın”.

Son illərdə Azərbaycan özünü dünyada güclü tranzit ölkəsi kimi də təqdim edə bilib. Ölkəmizin nəqliyyat infrastrukturuna yönəltdiyi sərmayələr, yaratdığı əlverişli biznes mühitiözünü etibarlı tərəfdaş kimi bir daha təsdiq etməsi uğurlu nəticələrini göstərir. İndi Azərbaycan dünyanın önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir və bu işdə Bakı-Tbilisi-Qars dəmir yolunun özünəməxsus rolu olacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 22 yanvar.- S. 5.