Gözəlliyi duyan, onu qoruyan musiqişünas

 

...Tanrının təbiətə bəxş etdiyi ən böyük nemət insandır. Onun təbəssümü, davranışı, vərdişləri... Bu xüsusiyyətlər yaddaşa hoparaq yaşayır.

Söhbətim Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bu ocağın nüfuzlu kafedralarından sayılan musiqi nəzəriyyəsi kafedrasının müdiri, əməkdar müəllim Səadət xanım Seyidova haqqındadır.

Bakıda ziyalı ailəsində anadan olan Səadət xanım ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (violin ifaçılığı üzrə- N.Tsimberovun sinfi), ali təhsilini isə ADK-nın musiqişünaslıq şöbəsində (tarix-nəzəriyyə fakültəsində) alır. Elmə olan böyük marağı onu Azərbaycan EA-nın aspiranturasına gətirir. Görkəmli folklorşünas alim, sənətşünaslıq doktoru, Gürcüstan Dövlət Konservatoriyasının professoru, kafedra müdiri Vaja Aleksandroviç Çxikvadzenin rəhbərliyi ilə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir. 1970-ci ildən Ü.Hacıbəyli adına ADK-da dərs deyərək 1991-ci ildə tarix-nəzəriyyə fakültəsinin dekanı, 1996-cı ildən isə bu təhsil ocağının musiqi nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışır.

İnsan həyatının pillələrində ilk görüb sevdiyi, öyrəndiyi valideynləri, sonra da müəllimləri olur...

Səadət xanımın söhbətlərindən: “Atam ixtisasca memar idi, anam isə ailəmiz böyük olduğundan (ailəmizdə uşaqlar musiqi ilə məşğul olurdular) uşaqların tərbiyəsilə məşğul olurdu. Yaxşı yadımdadır, atamın gözəl sədəfli tarı vardı. Özü düzəltmişdi. Gözəl çalırdı, xüsusilə muğamlarımızı...Yay aylarında Bakı bağlarının ab-havasına uyğun olaraq qohum-qardaş toplaşar belə məclislərdə sənətdən, musiqidən söhbət gedərdi. Atam da sevimli tarını səsləndirərdi. O, hər şeydə gözəlliyi görməyi bacarırdı, bizə onu təlqin edirdi. Məktəb yaşlarında musiqi ilə paralel, mütaliəni təsviri incəsənəti çox sevirdim, bir oxuduğum kitablara illüstrasiyalar etməyi. O günləri tez-tez xatırlayıram...

Müəllimlərimi eləcə... Onların xatirəsi mənim üçün olduqca əzizdir. Məmməd Saleh müəllimi, Xanlar müəllimi, Solmaz xanımı, İzabella Vladimirovnanı, Ella Markovnanı, Qəmər xanımı, Vaja Aleksandroviçi, musiqişünas alim nəzəriyyəçilər - M.S.İsmayılov, X.Məlikov, S.Qasımova, İ.V.Abezqauz, E.Nikomarova, Q.İsmayılova, V.A.Qvaxariyanı... Məndə musiqiyə, musiqişünaslığa olan marağa, sevgi qığılcımına inanaraq onu inkişaf etdirmişdilər onlar. Hər birinə minnətdaram. Ruhları şad olsun...”

70-ci illər... Həmin dövr Azərbaycan musiqi elmində dini musiqi mövzusuna müraciət edərək (“Qədim Azərbaycan mərasim musiqisi”- dini oxumaların müqayisəli nəzəri təhlili əsasında) bu sahədə tədqiqat aparan ilk musiqişünas Səadət Seyidova olmuşdur. Nümunələrin nota alınması araşdırılması prosesində o, bir çox maneələrlə üzləşir. Bir tərəfdən ateist baxışların hökm sürdüyü vaxtda materialların toplanması çətinlik törədirdisə, digər tərəfdən yeni mövzunun mənimsənilməsi arzusunda olanlar da süni maneələr, ləngimələr törədirdi. Bu da hazır olan işin (elmi rəhbəri sovet folkloristikasının veteranlarından sayılan, görkəmli alim, sənətşünaslıq doktoru, Gürcüstan Dövlət Konservatoriyasının professoru V.Çxikvadzenin müdafiə üçün razılıq məktubunu verməsinə baxmayaraq) işıq üzü görməsini uzadırdı... Nəhayət, mövzunun aktuallığı, eləcə musiqişünasın prinsipial mövqedən çıxışları nəticəsində dissertasiyanın müdafiəsi yüksək səviyyədə keçir.

Bu yolda tədqiqatlarını dayanmadan davam etdirən Səadət xanımAzərbaycanda dini musiqiadlı monoqrafiyasını nəşrə hazırlayır. Daha sonra onun çapdan çıxanQədim Azərbaycan mərasim musiqisi”, “Azərbaycan xalq professional musiqisi”, “Azərbaycan xalq mahnılarının təhlili”, “Nəzəri fənlərin tədrisi metodikasıadlı elmi əsərləri tədris prosesində dərs vəsaiti, elmi-metodiki işlər, proqramlar şəklində istifadə olunur.

Elmi araşdırmaları ilə yanaşı, Səadət Seyidova BMA-nın (bu ali ocaq nəzdində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə şurasının sədr müavini kimi) üzvü olduğu Azərbaycan Bəstəkarlar İttifaqının (Musiqişünaslıq bölməsinin üzvü kimi) keçirdiyi müxtəlif elmi yaradıcı tədbirlərdə Azərbaycan musiqişünaslıq elmində olan problem məsələlər barədə hər zaman cəsarətlə öz mövqeyini bildirən musiqişünaslardandır. Onun bu prinsipial mövqeyini dövri mətbuatda dərc olunan məqalələrində, müxtəlif yazılara verdiyi cavablarında görmək olur. Bu mənada onun Üzeyir bəyin Azərbaycan tarının yaşaması uğrunda apardığı mübarizəni prinsipial mövqedən müdafiə etməsini (“Tarın pərdələrini Üzeyir bəy kəsməyibməqaləsində) N.TəhmizyanınAsiya Afrika xalqlarının musiqisikitabında çıxan əsassız yazısına (“Ermənistanın musiqi mədəniyyəti onun Şərqlə əlaqəsi”) tutarlı, faktlara istinad edən məntiqli cavabları (Yalan ayaq tutar, yeriməz) musiqi tənqidi sahəsindəki xidmətlərindən biri kimi qiymətləndirilir. Bundan əlavə, yeni nəşr olunanSeçilmiş məqalələr toplusu”nda bu cür kəsərli yazıları ilə yanaşı, apardığı araşdırmaları - “Üzeyir Hacıbəyli Azərbaycan musiqişünaslığı”, “Azərbaycan xalq professional dini ifaçılıq sənətinin kökləri”, “Muğam dini ifaçılıq sənəti”, “Azərbaycan xalq musiqisi Şəbehmisteriya teatrı”, musiqişünas alimlər, istedadlı ifaçılarla bağlı (M.S.İsmayılov, X.Məlikov, O.Abasquliyev, T.Seyidov, S.Abdullayeva b. haqqında) dəyərli məqalələri elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Onun bu mövqeyini rəhbəri olduğu aspirant dissertantlarına məsləhət gördüyü mövzularda, prosesində görmək olur. Gələcəyin mütəxəssislərini yetişdirməsi işi bir növ tədqiqatlarınınzərrəcik”lərinin davamıdır. Səadət Seyidova gənc musiqişünaslara daha çox işlənməmiş, aktual əhatəli yeni mövzulara müraciət etməyi məsləhət görür. Bu mövzular arasındaAzərbaycan simli alətlərinin yaranma, inkişaf miqrasiyası”, “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri”, “Türkdilli xalqların əhatəsində İslam dini oxumalarının formalaşması”, “Azərbaycan musiqisində harmoniyanın yaranma inkişafı”, “Antik musiqi təfəkkürü Azərbaycan ladları”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında caz harmoniyası s. bu siyahının hələ bir qismidir... Səadət xanım prosesində hər zaman bir məqamı xüsusilə vurğulayır: “Üzeyir bəyin sözlərini, fikirlərini oxuyarkən onları görməyi bacarın. Bu şəxsiyyət olduqca müdrik uzaqgörən olmuşdur...”

Tələbə-müəllim ünsiyyəti ilə bağlı müşahidə etdiyim keyfiyyətlərindən biri onun təmkinlə dinləmək bacarığı sevdiyi işi sevdirməsidir.

Səadət xanımla bağlı təəssüratlarım tükənməz yəqin. O, peşəkar musiqişünas alim, müdrik təşkilatçı, həssas pedaqoq, gözəl ailə başçısı, mövqeyində bütöv olan şəxsiyyətdir!

Bizim BMA-nın 217-ci otağı... Buranın özünəməxsus ab-havası var, təbii ki, otaq deyəndə, hər bir kafedra kimi. Musiqi nəzəriyyəsi kafedrasında istər tədris işi, istərsə elmi-metodiki işlərlə bağlı məsələlərdə kollektivdə bir ailə atmosferi hökm sürür, peşəkar, təcrübəli müəllimlərlə gənc nəsil nümayəndələri arasında hər zaman hörmət, böyük-kiçik münasibətləri, ənənələrin qorunması saxlanılır. Bu yaradıcılıq mühiti böyük əməyin, sevginin nəticəsində yaranır tənzimlənir...

Bu yerdə Mövlanə Ruminin bir kəlamı yada düşür:

Bu dünyaya bölməyə,

ayırmağa gəlmədik biz,

Bölünəni birləşdirməyə,

qırılanı təmir etməyə gəldik.

Səadət xanım Seyidova da gözəlliyi görməyi bacaranlardan biridir!

 

Xatirə HƏSƏNZADƏ,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 22 yanvar.- S.7.