Macar jurnalistiQara Yanvarınecə işıqlandırmışdı?

 

Peter Dunai müasir macar jurnalistikasının tanınmış simalarından biridir. Yaşı yetmişi keçsə , yaradıcı fəaliyyətini davam etdirir. Siyasi-hərbi icmallar hazırlayan analitik mərkəzin rəhbəridir. Rusiyada, eləcə digər keçmiş sovet respublikalarında cərəyan edən proseslərlə yaxından maraqlanır. Cənubi Qafqaz Mərkəzi Asiya bu maraq dairəsinin fokusunda dayanır. SSRİ-nin süqutu ərəfəsində aparıcı macar qəzetinin - “Nepsabadşaq”ın Moskva müxbiri vəzifəsində çalışması onun hazırlıqlı obyektiv birsovetoloqkimi yetişməsinə təsirsiz ötüşməyib.

Cənab Dunai ilə bir neçə ildir ki, əməkdaşlıq edirik. Hələlik maliyyə çətinliyi üzündən nəşrinə nail ola bilmədiyimizBudapeşt, 1956 - Bakı, 1990: Sovet imperiyası. Sonun başlanğıcı başlanğıcın sonuadlı maraqlı sənədlər məcmuəsi tərtib etmişik. Xalqımız üçün faciə qəhrəmanlıqla dolu 1990-cı ilin yanvar günlərində Peter Dunai aparıcı macar qəzetinin xüsusi müxbiri kimi Moskvada çalışıb. Sovet bürokratiyasının yaratdığı maneələr ucbatından dramatik hadisələrin yaşandığı Bakıya gələ bilməsə , cərəyan edən prosesləri, ordunun xalqa qarşı törətdiyi cinayətləri obyektivliklə işıqlandırmağa çalışıb.

20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Peter Dunai ilə görüşüb 1990-cı ilin yanvarında MoskvadanNepsabadşaqqəzetinə göndərdiyi məqalə müxbir məktublarını nəzərdən keçirməyi, qələmə aldığı yazıların məzmununu, habelə bizim hər birimiz üçün son dərəcə məsul, həyəcanlı olan həmin günlərdən yaddaşında qalanları həmvətənlərimizlə bölüşməyi xahiş etdim. NəticədəAzərbaycanqəzetinin oxucularına çatdırmaq istədiyim yazı ərsəyə gəldi.

 

Vilayət QULİYEV,

Azərbaycan Respublikasının Macarıstandakı səfiri

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 5.