“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məcburi köçkünlər onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin  müəyyən edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  2017-ci  il   23 yanvar  tarixli   1206  nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məcburi köçkünlər onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə  vahid aylıq müavinətin ödənilməsi Qaydasıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər KabinetininMəskunlaşmamış qaçqın məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 22 yanvar tarixli 15 nömrəli  qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 93; 2003, ¹ 6, maddə 348, 2004, ¹ 9, maddə 750; 2005, ¹ 4, maddə 376; 2006, ¹ 9, maddə 812; 2009, ¹ 9, maddə 757, 2014, ¹ 6, maddə 747; 2016, ¹ 4, maddə 789, ¹ 7, maddə 1360)  Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 2003-cü il 10 iyun tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 348; 2006, ¹ 1, maddə 59, ¹ 7, maddə 647; 2009, ¹ 10, maddə 846; 2014, ¹ 1, maddə 69,  ¹ 2, maddə 201, 2016, ¹ 5, maddə 955)  3-cü hissəsi ləğv edilsin.

3. Bu qərar 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

                      

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 yanvar 2017-ci il

 

Azərbaycan.- 2017.- 25 yanvar.- S.2.