Sumqayıtda gənc rəssamların sərgisi açılıb

 

Sumqayıt Gənclər evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin, uşaq və yeniyetmələrin Yaradıcılıq Mərkəzinin, həmçinin  şəhər Rəsm Qalereyasının təşkilati dəstəyi ilə “Müasirlikdə peyzaj təsvirləri” layihəsi  çəçivəsində ilk sərgi açılıb.

Açılış mərasimində  layihə rəhbəri İlahə Əlizadə və “Nigart” rəsm dərnəyinin nümayəndəsi Nigar Qurbanova çıxış edərək Gənclər Fondunun timsalında  ölkəmizdə istedadlı,  yaradıcı gənclərə göstərilən  diqqət və qayğıdan danışıblar. Onlar gənc fırça ustalarına yaradıcılıqlarında  Azərbaycan mədəniyyətini,  milli-mənəvi dəyərlərimizi qorumağı və yaşatmağı tövsiyə ediblər. Sənətşünasların fikrincə,  peyzaj janrının  yeniyetmə və gənclər tərəfindən mənimsənilməsi, bu təsviri sənət növünün tədqiqi, öyrədilməsi, təbliği də vacibdir.

Bu ilk sərgidə “Müasirlikdə peyzaj təsvirləri” mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət 30 rəsm əsəri nümayiş olunur.

Açılış mərasiminin sonunda  gənc  rəssamlara sertifikatlar, xatirə hədiyyələri təqdim edilib.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 25 yanvar.- S.7.