Azərbaycan nümayəndə heyəti
İranda səfərdədir
İran İslam Respublikasının
Məşhəd şəhərinin
2017-ci ildə “İslam
mədəniyyətinin paytaxtı”
elan edilməsinin açılış mərasimi
keçirilib. Dünyanın 51 ölkəsindən 250-dən
çox ictimai-siyasi xadimin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin
iştirak etdikləri
mərasim Məşhəd
şəhərindəki İmam
Rza ziyarətgahının
Qüds zalında keçirilib. Bu barədə AZƏRTAC-a Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Tədbirdə ölkəmizi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin
rəisi Vüqar Babayev təmsil edirlər.
Qeyd edək ki, “İslam mədəniyyəti
paytaxtları” proqramını
təsdiq edən qətnamə ISESCO-nun təklifi
ilə 2001-ci ildə Qətərin paytaxtı Dohada keçirilmiş III
konfransda qəbul edilib. Bu sənədə əsasən,
İslam mədəniyyətinin
paytaxtı İslam Əməkdaşlıq
Təşkilatına üzv olan ölkələrin şəhərləri
arasından seçilir. Səudiyyə
Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin
paytaxtı” elan olunub.
Şərqlə Qərbin qovuşuğunda
yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu
ildə “İslam mədəniyyətinin
paytaxtı” seçilib. 2009-cu ilin oktyabrında İslam
Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin mədəniyyət nazirlərinin
VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar
qəbul edilib.
Azərbaycan.-
2017.- 26 yanvar.- S.2.