Məcburi köçkünlərin sosial müdafiəsi sistemi təkmilləşdirilir

 

Bu gün dünya miqyasında yaşanan ən böyük problemlərdən biri də qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qeyd edilən qəbildən olan insanların sayının davamlı şəkildə artması beynəlxalq miqyasda ən ağrılı və həlli çətin görünən humanitar problem, faciə qismində qəbul olunur. İndi dünyanın ən inkişaf etmiş ölkələri, məsələn, Avropa dövlətləri bu xüsusda yaşanan problemlərin çözülməsində ciddi çətinliklər yaşayır. Halbuki, 25 ildən çoxdur, bu problemlə üzləşən Azərbaycan sözügedən xüsusda qarşıya çıxan məsələlərin həllində mühüm uğurlara imza ata bilib.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi və təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən genişmiqyaslı işlər görülübbu proses davam edir. Qeyd edilən səpkidə indiyə qədər böyük layihələr həyata keçirilib, yeni qəsəbələr salınaraq qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilib.

Xatırlatmaq yerinə düşərdi ki, bu vaxta qədər məcburi köçkünlərin üzləşdikləri problemlərin həllini ehtiva edən müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər müasir infrastrukturun qurulduğu yerlərə çevrilib.

Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət proqramı qəbul edilib, onların sosial müdafiəsi ilə bağlı layihələr həyata keçirilib. Xatırladaq ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğının dövlət siyasəti səviyyəsinə yüksəlməsi istiqamətində atılan mühüm addımlardan biri Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına Əlavələrin təsdiq edilməsi oldu.

Sözügedən proses hazırda böyük uğurla davam etdirilir. Öz yurdunda məcburi köçkünə çevrilən insanların mənzil-məişət problemi əsaslı şəkildə həllini tapıb. Amma dövlət əldə olunan nailiyyətlərlə kifayətlənmir məcburi köçkünlərə yüksək qayğı davam edir. Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında yoxsulluq kəskin şəkildə azalaraq son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə addımlar atılır. Bunun daha bir real təsdiqi Prezident İlham Əliyevin məcburi köçkünlər onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanıdır. Dövlət büdcəsindən məcburi köçkünlərin onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Nazirlər Kabineti bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti müavinətin ödənilməsi qaydasını müəyyən edib.

Burada onu da xüsusi qeyd etmək lazım gəlir ki, kommunal xidmət xərclərinin məcburi köçkünlərin özlərinə verilməsi daha əvvəl elə onlar tərəfindən irəli sürülüb dəstəklənir. Buna qədər isə Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmişMəskunlaşmamış qaçqın məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilirdi. Amma məcburi köçkünlər müxtəlif vaxtlarda sözügedən komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, keçirilən səyyar görüşlərdə istifadə etdikləri kommunal xərclərin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini istəyiblər. Bu istəyə ölkə rəhbəri tərəfindən müsbət cavab verildi artıq məcburi köçkünlər kommunal xidmət xərcləri üçün büdcədən ayrılan vəsaiti plastik kart vasitəsilə özləri əldə edəcəklər.

Belə vəziyyət məcburi köçkünlərin maraq dairəsindədir. Çünki bu gün heç kəsə sirr deyil ki, elektrik enerjisini, təbii qazın, suyun pulunu özləri ödəyənlər imkan daxilində qənaət etməyə çalışırlar. Bu hal həm israfçılığın qarşısını alır.

Beləliklə, atılan addımlar göstərir ki, məcburi köçkünlərin müxtəlif problemlərinin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər, göstərilən davamlı qayğı onların üzləşdikləri çətinliklərin aradan qalxmasında mühüm rol oynayır. Bu xüsusda həyata keçirilən siyasət məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 26 yanvar.- S.3.