Azərbaycan RespublikasınınƏməkordeninin statutu

 

Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

1.1. Azərbaycan RespublikasınınƏməkordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:

1.1.1. sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə;

1.1.2. kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə;

1.1.3. istehsalatda əməyin məhsuldarlığına məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə;

1.1.4. yüksək keyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər.

1.2. Azərbaycan RespublikasınınƏməkordeninin üç dərəcəsi vardır.

1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəliƏməkordeni ən yüksək dərəcəlidir.

1.4. Azərbaycan RespublikasınınƏməkordeninin dərəcələri ardıcıllıqla verilir.

Maddə 2. Təltif edən orqan

Azərbaycan RespublikasınınƏməkordeni ilə bu statutun 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının “Əmək” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Vətənə xidmətə görə” ordenindən sonra taxılır.

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.2.