Tovuzçay su anbarının istifadəyə verilməsi qərb bölgəsində aqrar sektorun inkişafını sürətləndirir

 

Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulunun əsas məqsədi bölgələrin potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsalemal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması olmuşdur. Təsadüfi deyil ki, birinci proqramın qəbulundan bugünədək bölgələrdə nəhəng infrastruktursosial layihələr icra olunub, minlərlə yeni kiçik, ortairi müəssisələr fəaliyyətə başlayıb. Bunun sayəsində bölgələrin sosial-iqtisadi siması büsbütün yaxşılaşıb. Eyni zamanda əhalinin işlə təminatında da əvvəllər mövcud olan kütləvilik azalıb, insanların sosial rifahı yüksəlib.

Məlum səbəblərdən yaranan maliyyə çətinliklərinə baxmayaraq, ötən ilregionlarda bir sıra sosial-iqtisadi obyektlər istifadəyə verilmişdir. Ölkəmizin, xüsusilə aqrar sektorun inkişafı üçün əhəmiyyətli olan Tovuzçay su anbarının fəaliyyətə başlaması bu qəbildən olan obyektlərdəndir. Çünki meliorasiyasu təsərrüfatı həmişə olduğu kimi, bu günaqrar sektorda aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Meliorasiyasu təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rola malikdir. Son illər ölkəmizdə Şəmkir, Taxtakörpü su anbarı, Samur-Abşeron kanalı tikilib istifadəyə verilib, digər iri layihələr icra edilib. Həmin layihələrin icrası sayəsində 10 minlərlə hektar yeni əkin sahəsi dövriyyəyə qatılıb və bundan minlərlə fermer bəhrələnib. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası  ölkədə meliorasiyasu təsərrüfatının inkişafına, yenilənməsinə böyük təkan verib. Tovuzçay su anbarının istifadəyə verilməsi də bu sahədə həyata keçirilən nəhəng layihələrin bariz nümunələrindən biridir.

Bu su anbarı respublikamızın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə - Tovuz şəhəri yaxınlığında yerləşir. Anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Həmin dövrdə layihəyə uyğun olaraq bəndin nüvəsinə gil, sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcısı tikilib. Lakin vəsait çatışmazlığına görə tikinti işləri 1992-ci ildən dayandırılmışdı. 2006-cı ildən isə tikinti işlərinə yenidən başlanıldı. Ümumi su tutumu 20 milyon, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45, üstdən eni 10, uzunluğu 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetrdir.

Bu meliorasiya qurğusunun tikintisi zamanı tarixi keçmişimizə də hörmətlə yanaşılıb. Belə ki, inşaat işləri yerinə yetirilərkən Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanal və mühafizə dambası inşa olunub. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı körpü tikilib və ətraf kəndlərə gedən ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub, Axıncaçay çayı üzərində uzunluğu 86 metrdən çox olan körpü salınıb.

Tovuzçay su anbarının fəaliyyətə başlaması bölgədə bu vaxta qədər mövcud olan suvarma suyu problemini birdəfəlik həll edir. Belə ki, yeni obyektin istismara verilməsi 20 min hektar torpaq sahəsində suvarmanı yaxşılaşdırıb və 300 hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə qatılıb.

Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışında belə obyektlərin aqrar sektorda olan əhəmiyyətini qeyd edərək demişdir: “Ölkənin kənd təsərrüfatının inkişafı üçün buna oxşar iki layihə icra edilmişdir - Taxtakörpü və Şəmkirçay su anbarları. Şəmkirçay su anbarı yaxınlıqda yerləşir. Artıq həmin layihələrin ətrafında yeni inkişaf layihələri icra edilir... Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları vardır. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur”.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.6.