Regionun siyasi, iqtisadi və mədəni mərkəzi

 

Azərbaycan 2016-cı ildə də beynəlxalq miqyaslı tədbirlərə yüksək səviyyədə evsahibliyi etdi

 

Qlobal miqyasda maliyyə-iqtisadi böhranın təsirlərinin qabarıq duyulduğu və dünyanın bir sıra regionlarında hərbi münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, infrastruktur layihələrinin həyata keçirilməsi uğurlu siyasətdən xəbər verir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da qabarıq büruzə verir.

Prezident İlham Əliyevin qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə, bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaradıb. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də qeyd edilir.

Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Bütün bunlar həm də bir sıra iqtisadi, siyasihumanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti az rol oynamır. Respublikada müşahidə olunan davamlı iqtisadi inkişaf ilə paralel şəkildə demokratik-hüquqi islahatların aparılması, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir.

Rəsmi Bakının Avropadünya miqyaslı siyasi, iqtisadihumanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Hələ “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasının, “Bakı-2015” I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi. Belə sanballı tədbirlərin Azərbaycana həvalə edilməsi onu göstərdi ki, respublikamız bütün sahələrdə tərəqqi dövrünü yaşayır.

Ötən illərdə olduğu kimi, 2016-ci ildə də Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünya miqyasında rolunun artdığını göstərdi. Ölkəmizdə keçirilən forumlarda, konfranslarda iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının, tanınmış siyasiictimai xadimlərin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm əhəmiyyət kəsb etmişdir. Şübhəsiz ki, bu mötəbər tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verirlər. Ötən ildə də ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə yüksək səviyyədə evsahibliyi etdi. Ölkəmizdə səfərdə olan xarici qonaqlar bunu ən yüksək səviyyədə bəyan etdilər.

2016-cı il fevralın 29-dan martın 1-nə kimi Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. İclasda “Cənub qaz dəhlizi” layihəsinə qoşulan ölkələrin energetika nazirlərinin və müxtəlif qurumların təmsilçilərinin, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteynin, Böyük Britaniyanın enerjiiqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hoskerin, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio de Vinçentinin iştirakı bu tədbirin çox böyük əhəmiyyət kəsb etdiyini təsdiqlədi. İclas çərçivəsində keçirilən üç plenar sessiyada və “dəyirmi masada enreji məsələləri müzakirə olundu.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının birgə bəyannaməsi imzalandı. Birgə bəyannaməni “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzaladılar.

Prezident İlham Əliyev Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci görüşündə bildirmişdi: “Cənub qaz dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin, eyni zamanda, onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır.

Fikrimcə, biz burada “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr, eyni zamanda, istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki-üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var”.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr, eyni zamanda, respublikamızın regionda müstəqil siyasət aparmasını təmin edir. Son 13 ildə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir.

Mart ayının 10-12-də Azərbaycan paytaxtında “Çoxqütblü dünyaya doğrumövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi də əlamətdar hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva forumun rəsmi açılışında iştirak etdilər.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı forumda 27 sabiq prezident və 23 sabiq baş nazirdaxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə dünyada baş verən münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizminteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edildi. Bundan başqa, enerjiqlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumda müzakirə predmeti oldu.

25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında BMT-nin Sivilizasiyalar Alyansının (SA) VII Qlobal Forumu keçirildi. BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq VII Bakı Qlobal Forumunun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgəyaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.

Forumun rəsmi açılışında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə 146-dan çox ölkədən 4 min nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi, habelə donor agentliklərinin və fondların nümayəndələrinin iştirakı bu tədbirin çox mühüm əhəmiyyət daşıdığını sübut etdi. Tədbir 117 nəfər xariciyerli media tərəfindən işıqlandırıldı.

Bakıda keçirilən VII Qlobal Forumda diqqəti cəlb edən ən mühüm məqam isə Prezident İlham Əliyevin forumun rəsmi açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər oldu. “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm anlayışı mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik”- deyən Prezident

İlham Əliyev mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi üçün ideal məkan olduğunu bir daha xatırlatdı. Mühüm beynəlxalq tədbirlərin Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir.

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının (SA) VII Qlobal Forumunun keçirilməsi ilk növbədə respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, mədəniyyətlər arasında körpü rolunu oynadığını göstərir. Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Ölkə rəhbərinin 13 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir. Məlumat üçün bildirək ki, Bakı Prosesi çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaq.

Bu gün Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin hədəflədiyi hər hansı ideyaproqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dinietnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən fəlsəfəmizdə başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Bakıda BMT-nin Sivilizasiyalar Alyansının (SA) VII Qlobal Forumunun keçirilməsi Azərbaycanda millidini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Tolerantlıqla bağlı Qərb ölkələrinə nümunə ola biləcək Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olduğunu artıq sübuta yetirmişdir.

İyunun 1-də Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər NeftQaz 2016” sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq energetikaalternativ enerji sərgisinin açılışı oldu. Sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak etdi. VI Xəzər Beynəlxalq energetikaalternativ enerji sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.

İyunun 19-da Bakıda “Formula-1” Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirildi. 3 dekabr 2015-ci il tarixində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-İdman Şurasının iclasında Ümumdünya Motor-İdman Şurası “Formula-1”ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişikliklər edildi. Belə ki, “Formula-1”in gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin maksimal sayı 20-dən 21-ə yüksəldi. Bakı Şəhər Halqası 21 ölkə arasında sıra etibarilə səkkizinci mərhələ oldu.

Sentyabrın 1-də Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak etdilər.

Bakının evsahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşdü. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçmişdi. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə apardılar. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerlixarici media nümayəndəsi qeydiyyatdan keçdi. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FIDE-nin növbəti konqresinə evsahibliyi etdi. Həmin konqresdə 183 ölkə təmsil olundu. Mötəbər yarışın idarə olunmasına Azərbaycandan da 30 hakim cəlb edilmişdi. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşdı.

Bakıda cari il sentyabrın 27-də dörd gün davam edən II Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi keçirildi. “ADEX” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, eləcə də 21 ölkədən 29 rəsmi nümayəndənin iştirakı tədbirin mühüm əhəmiyyət kəsb etdiyini göstərdi. “ADEX 2016” sərgisində hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikaların ən son nümunələri, sənaye nəqliyyatı üçün təhlükəsizlik sistemləri, informasiya və rabitənin mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri və bir sıra digər məhsulları nümayiş etdirildi. Sərgidə Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi təqdim edilən hərbi məhsullar tədbir iştirakçılarında böyük maraq yaratdı. Azərbaycan tərəfi “ADEX 2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını da nümayiş etdirdi.

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak etdilər.

Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma evsahibliyi etdi. Bu forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Humanitar forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarət oldu. Forumun mövzuları da son dərəcə maraqlı idi. Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativetik problemlər” forumun müzakirə mövzuları oldu. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirə edildi.

Prezident İlham Əliyev forumun əhəmiyyətini belə qiymətləndirmişdi: “Bu ilki forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.

Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasihumanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.

2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində 5 qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 qonaq medianın aktual problemlərini müzakirə etdilər. Bakı şəhərində 130-dan artıq aparıcı informasiya agentliyininregional xəbər agentlikləri alyanslarının rəhbərlərinin iştirakı çox mühüm hadisə oldu.

Ölkəmizdə çoxsaylı konfranslar, forumlar, idman tədbirləri, sərgilərin keçirilməsi beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılmasına geniş imkanlar yaradır. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi bu coğrafi məkanda qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini gücləndirir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 28 yanvar.- S. 6.