Mədrəsədən konservatoriyaya

 

Ustad tarzən Mirzə Mansurun ömür akkordları

 

Azərbaycan tar ifaçılıq məktəbinin ustadları, təbii ki, barmaqla sayılacaq qədər olub. Ona görə də adları sevib-sevdirdikləri sənətin ömrü qədər uzun və yaddaqalandır. Şərq musiqi alətləri içərisində özünü qısa müddətdə sevdirən, muğamsegah dilli tarı sinəsində şax saxlayan, onun imkanlarını daha da genişləndirən, xalqımıza, yeni nəsillərə ərmağan edən ustad tarzənlərimizdən biri də zəngin həyat və yaradıcılığı ilə diqqətçəkən Mirzə Mansurdur.

Mirzə Mansur Bakı bəylərinin nəsil davamçılarından biri olub. Xatırladaq ki, ölkəmizdə adlı-sanlı, hörmətli sülalələr çox olub bu gün o xətt davam etdirilir. Bu qədim sülalə ənənələrini davam etdirən ailələrdən biri Mansurovlardır. Adıçəkilən nəsil Azərbaycan musiqi mədəniyyətində xüsusi çəkisi olanlardandır. Bu soyad iki-üç nəsil musiqiçi həmin sənətin təəssübkeşlərini yetişdirib. İçərişəhərin köklü nəsillərindən olan Mansurovların bu mənada, yəni musiqi mədəniyyətinin inkişafındakı xidmətləri misilsizdir.

Mansurovlar nəsli Bakı xanları dövründə hakimiyyətin rəhbər strukturlarında təmsil olunub. Ağa Hacı Kərim bəy (1694-1768), onun oğlu Ağa Hacı Mansur bəy (1731-1796) dövlət qulluğunda olublar.

Heydər Əliyev Fondu tərəfindən buraxılanMansurovlarkitabı adıçəkilən musiqiçilər nəsli haqqında olduqca dəyərli mənbədir. Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyinə ithaf edilən kitab üç müxtəlif əsərin toplusudur. Burada Məşədi Süleyman bəy MansurovunXatirələr”, Bəhram MansurovunÖmür qıysa...” (xatirələr) Eldar MansurovunMansurovlarbaşlıqlı yazıları toplanıb. Kitab bu nəslin tarixini XVII əsrin ortalarından bu günə kimi əks etdirir. Məhz buradan öyrənmək olur ki, Azərbaycanda nəcabətli bəy nəsli olan Mansurovlar ölkənin mədəni tarixində silinməz iz qoyub, musiqinin, daha doğrusu, muğamlarımızın inkişafı formalaşmasında, dünyada tanınmasında müstəsna rol oynayıblar. Eyni zamanda onların çoxlu mülkləri, mal-qarası, neft quyuları, gəmiləri, dükanları, meyvə zəfəran bağları olub.

Eldar Mansurovun qələmindən çıxanMansurovlarnəslin 300 illik bir zaman kəsiyində keçdiyi şöhrətli şərəfli sənət yolunu özündə təcəssüm etdirir. Orada qeyd edilir ki, Mirzə Mansur Azərbaycanın görkəmli tarzənlərindən biri olub. O, musiqi tariximizdə həm gözəl tar müəllimi, həm muğamların mahir bilicisi kimi tanınıb. Ömrünün 60 ilini musiqi sənətinə həsr edən Mirzə Mansur Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən bəhrələnib.Rast”, “Şur”, “Segah”, “Mahur-hindi s. muğam dəsgahlarını ustalıqla ifa edib.

Muğam nəzəriyyəçisi kimi tanınan Mansur Məşədi Məlik oğlu Mansurov 1887-ci ildə Bakıda sənətkar ailəsində dünyaya gəlib. Kiçik yaşlarından mədrəsədə oxuyub, fars dilini mükəmməl öyrənib. Lakin musiqi onun uşaq qəlbini sehrləyib. Günlərin birində elə bu sehr onun mədrəsədə molla tərəfindən falaqqaya salınmasına səbəb olub. Dərs zamanı taxta parçasını tar kimi sinəsinə basıb, ağzındaUzundərərəqsini yamsıladığına görə molla onu cəzalandırıb. Musiqiyə vurğunluğu buna görə mollanın onutənbehetməsi balaca Mansurun mədrəsəyə gedən yolunu kəsib. Ona görə o, mədrəsədən birdəfəlik qaçıb taleyini musiqiyə bağlayıb.

Evlərində tez-tez keçirilən muğam məclisləri incəsənətin bu sahəsini ona sevdirib. Atası Məşədi Məlikin təşkil etdiyi məclislərdən təkcə görkəmli musiqiçilər faydalanmayıb. Bu ailəyə həm Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair ədiblərimiz gəlib-gedib, hətta şəninə şeirlər yazıblar. Həmin məclislər XIX əsrin ikinci yarısında bir növXalq konservatoriyasırolunu oynayıb.

Kiçik yaşlarından atasının tar, kamança, tütək, böyük qardaşı Məşədi Süleymanın tar, anası Soltan Bəyimin isə saz çaldığını görən Mansurun musiqiyə böyük həvəsi təbii idi. Sonralar uşaqlıq illərini xatırlayarkən deyirdi: “...15 yaşım olanda atam mənə bir qoltuq sazı aldı. Mən öz-özümə saz çalmağı öyrənirdim. Qardaşım Süleymanın tarını da götürüb hərdənbir oyun havalarını çalırdım. Atam musiqişünas, həm qonaqpərvər olduğundan, Bakıya gələn musiqiçilər bizim evimizə düşərdilər. Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi kimi məşhur sənətkarlar Bakıya toy məclislərinə dəvət olunanda həftələrlə bizdə qalardılar. Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Lazar, Mirzə Fərəc başqaları da tez-tez gələr, çalıb-çağırardılar. Mənim ilk tar müəllimim Mirzə Fərəc olmuşdu. O, mənə tar çalmağı öyrətməklə, həm muğamların adları, onların mənası, hissə şöbələri haqqında maraqla danışardı...”

1920-ci ildən sonra Mirzə Mansur Şərq Konservatoriyasında, 1923-cü ildə isə Üzeyir bəy Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tardan dərs deyib. Altı il sonra musiqi texnikumu konservatoriya ilə birləşib. Mirzə Mansur konservatoriyaya dəvət edilib. O, burada 1946-cı ilə qədər çalışıb. Onu da deyək ki, Mirzə Mansur Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tam tərtib edən müəllim kimi tanınıb.

Bəstəkar Tofiq Quliyevlə Zakir Bağırov Mirzə Mansurun ifasında 1930-cu illərin ortalarında “Rast”, “Dügah” və “Zabul” muğamlarını ilk dəfə nota salıblar. Mədəniyyət sahəsində göstərdiyi xidmətləri nəzərə alınaraq 1940-cı ildə Mirzə Mansura Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Səid Rüstəmov, Xurşid xanım Ağayeva, Ənvər Mansurov (Mirzə Mansurun oğlu), Rəşid Əfəndiyev və digər məşhur tarzənlər yetirən Mirzə Mansur həm də şair ürəkli sənətkar idi. Onun bir çox qəzəl və qoşmaları da var. Məşhur musiqişünas Firudin Şuşinskinin xatirələrindən məlum olur ki, ustad tarzənin İçərişəhərdəki mənzili musiqi muzeyini xatırladırdı: “Gənclik illərində olduğu kimi, qoca vaxtında daRast”, “Bayatı-İsfəhan” muğamlarını özünəməxsus ustalıqla çalar, öz təcrübəsini gənclərə öyrədər, onlara məsləhətlər verərdi. O, “Mahur-hindi” muğamını çalanda adama elə gəlirdi ki, tarı 30-35 yaşlarında olan bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə, tarın cingənə simlərində Sadıqcanın mizrablarını vuranda adamı məftun edərdi...”

Mirzə Mansur tarı təkmilləşdirib. Onun təkmilləşdirdiyi tarlar Parisİstanbulda keçirilən incəsənət sərgilərində nümayiş etdirilib.

Ustadın oğlu Ənvər atasının ən istedadlı tələbələrindən olub. Təəssüf ki, o, atası kimi, bu sənətdə istədiklərinə çata bilməyib: 1941-1945-ci illər müharibəsinin ilk günlərində Brest qalasının müdafiəsində qəhrəmanlıqla həlak olub.

Görkəmli tarzən, ustad Mirzə Mansur 1967-ci ildə vəfat edib.

Bu da anadan olmasının 130 illiyi qeyd ediləcək Mirzə Mansurun ömür akkordları - zəngin və örnək...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 28 yanvar.- S. 7.