Fundamental inkişaf proqramı

 

Strateji Yol Xəritəsi Azərbaycanın davamlı inkişaf modelinə keçid konsepsiyasıdır

 

İqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib.

Son 10 ildə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılan iqtisadi, sosial, elmi-texniki və maliyyə potensialı, yeni çağırışlar uzun bir dövrü əhatə edən keyfiyyətcə yeni iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasını obyektiv zərurətə çevirdi. Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman ilə əsas prioritet istiqamətlər üzrə yeni hədəflər müəyyənləşdirildi.

Ümumilikdə Strateji Yol Xəritəsinin hazırlanması, öz növbəsində, ölkəmizin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin sistemlikompleks təhlilinin, dəyərləndirilməsinin, reallaşma mexanizmlərinin əsaslı surətdə yeniləşməsini tələb edir. Yeni prioritet istiqamətlər bir daha təsdiqləyir ki, Strateji Yol Xəritəsi iqtisadiyyatın inkişafı ilə bağlı yeni yanaşmanı ortaya qoyurstrateji hədəfləri müəyyənləşdirən sənəd iqtisadiyyatın şaxələnməsinə, neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq. Strateji Yol Xəritəsi milli iqtisadi perspektivi özündə birləşdirən sənəd olmaqla hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradacaqdır. Ona görə də bu sənəd uzun bir dövrü əhatə edən fundamental inkişaf proqramı olmaqla ölkəmizin əməli cəhətdən yaxın illərdə davamlı inkişaf modelinə keçid konsepsiyası kimi dəyərləndirilməlidir.

İqtisadi inkişaf strategiyasının işlənib hazırlanması və qəbulu milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsinin ilkin və zəruri şərtidir. Son nəticədə, reallaşdırılması nəzərdə tutulan tədbirlərin uğuru əhəmiyyətli dərəcədə ölkədə mövcud əlverişli investisiya, innovasiya, sahibkarlıq mühitinin yaxşılaşdırılması dərəcəsindən çox asılı olduğunu nəzərə alaraq, onların təkmilləşdirilməsi ilə bağlı yol xəritəsində konkret istiqamətlər göstərilir. Strateji Yol Xəritəsində reallaşdırılması nəzərdə tutulan bütün tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin ən zəruri şərtlərindən biri ölkədə sosial-iqtisadi proseslərin tənzimləmə sisteminin mövcud reallığa və dəyişən mühitə adekvat, çevik olmasından çox asılıdır. Bunu nəzərə alaraq, Strateji Yol Xəritəsində bütünlükdə milli iqtisadiyyatın və onun əsas sektorlarının idarə olunması və tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı konkret istiqamətlər müəyyənləşdirilib. Məsələn, rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” logistika, ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir. Burada 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritet və tədbirlər göstərilib, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasında real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda ümumilikdə 18900 yeni yerinin açılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə 3160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün sərhəd-keçid prosedurları sadələşdiriləcək. Strateji Yol Xəritəsinə əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Heydər Əliyev adına Beynəlxalq Aeroportun və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etmək üçün avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək. Rayonlararası əlaqələrin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri yenə də prioritet olacaq. Yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq. Daha sonra qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün sahilboyu ərazilərdə yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq.

Eyni zamanda dəniz nəqliyyatı və dəmir yolu sahəsində özəl sektorun iştirakı təmin ediləcək. Logistika və ticarət sahəsinin inkişafı üçün dəmir yollarında ən çox investisiya tələb edən sahələrə özəl investisiyaların cəlb olunması və ya birgə müəssisələrin yaradılması istiqamətində zəruri addımlar atılacaq. Xəzər dənizindən tranzit yüklərin sürətli keçidinə nail olmaq üçün özəl gəmi operatorlarının yükdaşımada iştirakının təmin olunması sahəsində zəruri tədbirlər görüləcək.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrikistilik enerjisi, suqaz) inkişafına dair Strateji Yol Xəritəsi” isə 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Sənəddə sahə üzrə fəaliyyət səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilmişdir. Həmçinin Strateji Yol Xəritəsi həyata keçiriləcək tədbirlər üzrə “dövlət-özəl tərəfdaşlığı” mexanizmlərinin hazırlanmasını da nəzərdə tutur. Bununla belə, strateji hədəflərə nail olmaq məqsədilə həyata keçiriləcək hər bir layihə təsdiqindən öncə müəyyənləşdirilmiş məsul qurumlar tərəfindən texniki-iqtisadi əsaslandırılmalar aparılmalı və aidiyyəti qurumlarla müzakirə edilməlidir. Kommunal xidmətlər sektoru üzrə Strateji Yol Xəritəsinin hazırlanması məqsədilə sahə üzrə mövcud vəziyyət, habelə beynəlxalq təcrübəyə əsaslanaraq, təhlükəsiz və diversifikasiya olunmuş davamlı təchizat, dəyər zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri, formalaşdırılmış tarif siyasəti və digər istiqamətlər üzrə statistik məlumatlar əsasında təhlillər aparılmış və ölkədə dayanıqlı inkişafın təmin olunması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda real ÜDM-in 832 milyon manat artacağı, eyni zamanda, ümumilikdə 6645 min yeni yerinin açılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə etməklə, cəmi 8150 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

Ekspertlər hesab edir ki, Azərbaycanda həyata keçirilən çox mühüm infrastruktur layihələr ölkəmizi dünyanın ən böyük logistika mərkəzlərindən birinə çevirəcək. Çünki artıq ölkəmizdə sənayenin inkişafı məqsədilə sənaye parklarının və zonalarının yaradılması işləri aparılmaqdadır. 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya dəyəri 2 milyard ABŞ dollarına yaxın olan bir neçə sənaye müəssisəsi açılacaq.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan başlıca vəzifələrin həyata keçirilməsi ilə pambıq, tütün, fındıq, çay, barama və digər ixracyönümlü məhsulların istehsalı artırılacaq, bir neçə aqroparkiri fermer təsərrüfatlarının yaradılması davam etdiriləcək. Aqroparkların effektiv fəaliyyətinin təmin edilməsi və səmərəliliyin yüksəldilməsi üçün aqroparklara bitişik, aqrar emala əsaslanan sənaye məhəllələrinin yaradılması da nəzərdə tutulur. Burada əsas məqsəd sənaye məhəllələrinin yaradılması zamanı əlavə infrastruktura yönələn xərclərin minimuma endirilməsi və kənd təsərrüfatı ilə sənaye arasında daha dərin inteqrasiyanın təmin edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, hər bir aqroparka (Bakı-Ələt, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran) bitişik sənaye məhəllələrinin yaradılması ilə bağlı təkliflər planı hazırlanacaq. Sənaye məhəllələrinin yaradılması zamanı dövlət-özəl tərəfdaşlığına əsaslanan, birsahəli və ya eynitipli məhsullar istehsal edən əlaqəli kiçik müəssisələr şəbəkəsinə üstünlük veriləcək. Bu, əsasən, hər bir regionun birya bir neçə konkret kənd təsərrüfatı istehsal sahəsi üzrə ixtisaslaşması ilə bağlıdır. Beləliklə, sənaye məhəllələrinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətin icra mərhələləri aqroparklara uyğun şəkildə müəyyən ediləcək və fəaliyyət planı hazırlanacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, milli iqtisadiyyatın bütün sahələrində keyfiyyət, məzmun və forma baxımından yeni inkişaf mərhələsi başlanır. Strateji Yol Xəritəsi, ilk növbədə, davamlı iqtisadi inkişafın təmin olunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və əhalinin sosial rifahının artırılması prinsiplərinə əsaslanır. Bu sənəd Azərbaycan iqtisadiyyatının postneft dövründə tamamilə yeni əsaslar üzərində inkişaf etməsini şərtləndirir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 29 yanvar.- S. 1, 4.