Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının QanununuReklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 695; 2007, ¹ 5, maddə 437, ¹ 10, maddələr 932, 938; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 6; 2014, ¹ 11, maddə 1374; 2015, ¹ 11, maddə 1273; 2016, ¹ 6, maddə 992) aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilsin:

“5.4. Narkotik vasitələrin və psixotrop maddələrin reklamına yol verilmir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2016-cı il

 

Azərbaycan.- 2017.- 29 yanvar.- S.2.