Ceyhun Hacıbəylinin araşdırmaları

 

Mətbuat tariximizdən

 

Çoxşaxəli fəaliyyəti ilə xalqımızın istiqlal mücadiləsi tarixində olduğu kimi, ədəbi-mədəni, mətbu həyatında da xidmətlər göstərən Ceyhun Hacıbəylinin folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünaslıq, tarixpolitologiya istiqamətlərində araşdırmaları bu gün də aktuallığını və əhəmiyyətini itirməmişdir. Hələ ilk yaradıcılığı dövründə ədəbiyyat tarixi və ədəbiyyatşünaslıq məsələlərinə maraq göstərən C.Hacıbəyli sahə ilə bağlı bir sıra dəyərli məqalələr yazmış və dövrün mətbu orqanlarında dərc etdirmişdir. Mühacirətə qədərki dövrdə Ceyhun Hacıbəylinin publisist, ədəbiyyatşünas, maarifpərvər din xadimi Mirzə Hüseyn Əfəndi Qayıbov haqqında (1830-1917) yazdığı məqaləni ədəbiyyatşünaslığımızın dəyərli qaynaqlarından hesab etmək olar.

Şair, yazıçı, tədqiqatçı, tərcüməçi Abbasqulu Ağa Bakıxanov haqqında Ceyhun Hacıbəylinin Fransa mətbuatında dərc etdirdiyi məqalə həm Vətənimizin, onun şöhrətli övladlarının tanıdılması baxımından, həm də böyük alimin, ədibin irsinin tədqiqi yönündən mühüm əhəmiyyət kəsb edir. Mühacirətdə də Azərbaycanın ədəbiyyat, mədəniyyət və incəsənətini təbliğ etməyə çalışan C.Hacıbəylinin fransız mətbuatında - qəzet və jurnallarında dərc etdirdiyi məqalələr daha çox diqqətəlayiqdir.

C.Hacıbəyli Abbasqulu Ağa Bakıxanov haqqında 1934-cü ildə “İki dünyanın jurnalı”nda çıxan məqaləsinin əvvəlində göstərir ki, Qafqaz xalqlarının tarixinə həsr edilmiş əsərlər çox azdır. Qədim tarixçilər, xüsusilə ərəb, yunanfarslar bu barədə təsadüfdən-təsadüfə, daha çox müdaxilə və basqınları təsvir edərkən bəhs etmişlər. Ceyhun bəy təəssüflə yazırdı ki, biz öz tariximizi, xüsusilə monqol müdaxiləsindən başlamış rus işğalınadək olan dövrü çox az bilirik.

Azərbaycan XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etdikdən sonra C.Hacıbəylinin 30-cu illərin ortalarında xarici mətbuatda qaldırdığı problem bütün çılpaqlığı ilə özünü göstərdi. “Tarixideologiyaya xidmət etdiyi üçün yaşamadı. Sovet tarixçiləri həm son 70 ilin saxta tarixini yazmışlar, həm də əvvəlki dövrləri təhrif etmiş, bir çox faktlara qəsdən, bilərəkdən göz yummuşlar. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı qarşısında bütün çətinliyi ilə duran suallardan biritariximiz oldu. İş o yerə çatmışdı ki, xalqımızın, dilimizin adı, Konstitusiyada onların necə adlandırılması referenduma çıxarıldı. Bütün bu problemlər şübhəsiz ki, tarix haqqında yazılan əsərlərimizdəki boşluqların nəticəsi idi. C.Hacıbəyli 1934-cü ildə yazırdı ki, “...bu boşluğu, qismən də olsa, Abbasqulu Ağa Bakıxanov adlı bir azərbaycanlı alimin “Gülüstani-İrəm” adlı əsəri doldura bilər”.

Ceyhun bəy əsərin əhəmiyyətini qeyd etdikdən sonra “Gülüstani-İrəm”in nəşr olunub-olunmaması barədə fikir və mülahizələrini bölüşür. Qeyd edir ki, onun bəhs etdiyi variant rus dilindədir və 320 səhifədən ibarətdir. Müəllifin fikrincə, “Şirvanın və Dağıstanın tarixiadlanan rus variantı üslubqrammatik cəhətdən zəifdir, bununla belə, əhəmiyyətini itirmir. Məlum olur ki, rus variantında müqəddimədən sonra 21 səhifə ölkənin coğrafi təyinini və təsvirini verir. Əsər beş dövrə həsr olunmuş, beş hissəyə bölünmüşdür: “Qədim dövrdən ərəblərin Qafqazda peyda olmasına kimiadlanan birinci hissə 30 səhifədən ibarətdir və burada həmin dövrün tarixi mənzərəsi ətraflı işıqlandırılır. 40 səhifəlik ikinci hissə ərəblərin peyda olmasından (VII əsrin ortaları) monqol işğalı (VIII əsrin ortaları) arasındakı dövrə həsr olunub. 27 səhifəlik üçüncü hissə monqol-tatar müdaxiləsindən İranda Səfəvilər sülaləsinin taxta çıxmasınadək (XV əsr) tarixi əhatə edirbu sülalənin bütün hökmdarlarının siyahısını nəzərə çatdırır. Ən böyük, 96 səhifəlik IV hissə XV əsrdən Nadir şahın ölümünə qədərki dövrdən bəhs edir (XVIII əsrin ortaları). Nəhayət, 75 səhifədən ibarət olan beşinci hissə ölkənin Nadir şahın ölümündən Rusiyaİran arasındakı Gülüstan müqaviləsinədək (XIX əsrin əvvəli) olan dövrü təsvir edir. 17 səhifəlik əlavə Şirvanqonşu ərazilərin “diqqətəlayiq adamların, ziyalı və alimlərin həyatı”na aid kiçik qeydlərə həsr olunub. Bu əlavə bütün müsəlman aləmində məşhur olan Xaqani, Fələki, Çələbi, Nizami, Əbül-üla və s. kimi 20-yə yaxın şəxsin tərcümeyi-halından ibarətdir.

C.Hacıbəyli göstərir ki, A.Bakıxanov bunlardan başqa, daha 30 nəfərə yaxın Şirvan mənşəli yazıçının adını çəkir. Müəllif yazır: “O, əsəri öz şəxsi həyatına aid bəzi detalları verməklə bitirirdeyir ki, “...bu onun qürur hissindən deyil, adətə hörmətdən və onun məhz bu ölkədən çıxmasından doğan məğrurluqdan irəli gəlir”. “Başqaları qızılgül və jasmin, mən isə yalnız itburnu gülü olsam da, bu bizə eyni gül bağından olmağımıza mane olmur”.

C.Hacıbəylinin görkəmli yazıçı- publisist İsmayıl Qaspiralı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, ədəbiyyat və mətbuat xadimlərindən Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Abdulla bəy Divanbəyoğlu, Haşım bəy Vəzirov, istedadlı və nakam aktyor Hüseyn Ərəblinski, tanınmış tatar şairi Abdulla Tukay, görkəmli macar türkoloqu Yuli Remet, gürcü şairi, yazıçı, ictimai xadim Akaki Sereteli, klassik Şərq poeziyasının parlaq simaları Hafiz Şirazi, Əbülqasım Firdovsi kimi ədəbiyyat, mədəniyyət xadimlərinə həsr etdiyi yazılar onun maraq dairəsinin zənginliyinə, eyni zamanda, peşəkar, səriştəli tədqiqatçı olduğuna dəlalət edir.

Ceyhun Hacıbəylinin sevə-sevə haqqında bəhs etdiyi İsmayıl Qaspiralı türk dünyasının mədəni, mətbu-ictimai-mənəvi tarixində misilsiz rol oynamışdır. Onun həmişəyaşar ideyaları taleyin hökmü ilə dünyaya səpələnmiş böyük bir millətin illər uzunu arzu və istəklərini əks etdirməklə bərabər, tərəqqi, dirçəliş, xilas yoluna işıq saçmışdır. Bu ideya çox yığcam şəkildə belə ifadə olunmuşdur: “Dil, fikir birliyi”. Bu ideyanın formalaşmasına, sonralar isə alovlu təbliğinə İ.Qaspiralı bütün həyatını həsr etmişdir.

C.Hacıbəyli sevə-sevə “mədəniyyətimizin pioneri” adlandırdığı milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə də dəfələrlə məqalələr həsr etmişdir. Bu baxımdan onunKaspi” qəzetində dərc olunan və “Həsən bəy Məlikovun xatirəsi” (1912-ci il, ¹ 269) və “Müsəlmanın qeydləri” rubrikası ilə “Yeddi il” adlı məqalələri (1914-cü il, ¹267) diqqəti xüsusi ilə cəlb edir. C.Hacıbəyli Həsən bəy Zərdabinin ideya və əməllərinin daim aktual və əhəmiyyətli olduğunu diqqətə çatdırır və bu məsələnin həmişə gündəlikdə saxlanmasında qələm əhlinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayır. Ceyhun bəy böyük alim və maarifçi-mühərrir Həsən bəy Zərdabinin vəfatının 7 illiyi münasibətilə yazırdı: “Bu gün müsəlman-maarif işinin pioneri sayılan H.Məlikovun ölümündən 7 il keçir. Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından 7 il keçir”. (“Kaspi” qəzeti, 1914-cü il, 29 yanvar, ¹ 10). Məqalə müəllifi mərasimdən sonra H.Məlikovla bağlı hansı işlərin görüldüyünü araşdırmaq istəyir. Bu qənaətə gəlir ki, “...deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı... Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil və tərcümeyi-halı dərc edildi. Vəssalam. Müsəlman cəmiyyəti bu nəhəng şəxsiyyəti unutdu. Həsən bəyə abidə qoymadı. Mərhuma başdaşı qoymaq üçün onun xanımına yardım belə etmədi”. C.Hacıbəyli bu münasibətin təsirindən hiddətlə yazırdı ki, vəhşilər belə öz rəhbərlərinin qəbrini abadlaşdırır, bəzəyirlər.

Böyük xalq xadiminə laqeyd, biganə münasibətdən hiddətlənən C.Hacıbəyli məqaləni daha sərt cümlələrlə bitirir: “Bütün hallarda, yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də, vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda, xalq xadiminin ailəsinə nəinki yardım göstərilmir, əksinə, bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına yaşamağa maneçilik törədilir. Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə, öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır...”

Mətbuat və mədəniyyət tariximizdə silinməz iz buraxmış “Əkinçi” qəzetinin redaktoru H.Məlikovun vəfatının beş illiyi münasibətilə C.Hacıbəyli yazırdı ki, hər bir jurnalistin borcudur ki, bu əlamətdar tarixi günü qeyd etsin. Bu, ictimai və mənəvi şüura təsir edir, onu dirçəldir. (“Həsən bəy Məlikovun xatirəsinə” məqaləsi, “Kaspi” qəzeti, 1912-cü il, 28 noyabr, ¹ 267).

Görünür, C.Hacıbəyli bir qədər əvvəl “Müsəlmanın qeydləri”ndə cəmiyyətin diqqətini bu məsələyə yönəldəndə ümid edirdi ki, xeyriyyə cəmiyyətləri onun dediklərindən nəticə çxaracaq . (“Kaspi” qəzeti, 1915-ci il, 29 yanvar, ¹ 29). Bütün həyatını xalqa həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş, bir çox sahələrdə pioner olan bu şəxsə müsəlman cəmiyyətində adi başdaşı qoymağa pul tapılmadı.

Ceyhun bəy böyük satira ustası M.Ə.Sabirin və xalqın tərəqqisi, maariflənməsi yolunda ömrünü şama döndərən H.Vəzirovun da irsinin toplanmasını, gələcək nəslə çatdırılmasını, adlarının əbədiləşdirilməsini çox zəruri vəzifə kimi irəli sürürdü. (“Bir ölüm ətrafında” məqaləsi, “Kaspi” qəzeti, 1913-cü il, 20 aprel, ¹ 87; “Kədərli ildönümü” məqaləsi “Kaspi” qəzeti, 1917-ci il, 5 fevral, ¹ 29). H.Vəzirovun fəaliyyətini ehtiramla yad edən C.Hacıbəyli təlaşla soruşur: “Haşım bəy inadı Qafqaz müsəlmanlarının ictimai milli dirçəliş tarixinə düşəçəkmi?” Cəmiyyətdə hökm sürən etinasızlıq müəllifi kədərləndirir. Müəllif H.Vəzirovun əsərlərinin çapını, tərcümeyi-halının tərtib edilməsini, xidmətlərinin qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi sayır.

Bir ölüm ətrafında” adlı məqaləsində Volqaboyu müsəlmanlarını adlı-sanlı söz ustası Abdulla Tukayın vəfatının adamları nə qədər sarsıtdığından bəhs edən C.Hacıbəyli göstərir ki, biz istedadlı şair Sabiri ləyaqətlə dəfn edə bilmədik. Onun əsərlərinin çapı üçün isə qəpik-qəpik vəsait toplamaq məcburiyyətində qaldıq. Abdulla bəy Divan bəy oğlununCan yanğısı” povestini mövzuideya baxımından təhlil edən Ceyhun bəy əsəri yüksək dəyərləndirir.

Ceyhun Hacıbəyli tərəfindən mətbuat tariximizlə bağlı müəyyən araşdırmalar aparılmış, xatirələr, icmallar yazılmışdır. Ceyhun bəy ilk dəfə Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə almışdır. Firidun bəy Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli mətbuat tariximizin bünövrəsini, təməlini qoymuşlar. Onun 1909-cu ildə mətbuat tarixi ilə bağlı araşdırmasını ilk dəfə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mənzər İbrahimova üzə çıxarmış və “Molodyoj Azerbaydjana” qəzetinin iki nömrəsində “Əkinçi”dən “Həqiqət”ədək” adı ilə dərc etdirmişdir. C.Hacıbəyli “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Rəhbər”, “Dəbistan”, “Təkamül”, “Yoldaş”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Tazə həyat”, “Tərəqqi”, “Proqres”, “İttifaq”, “Zənbur”... kimi mətbu orqanların məramı, ideya istiqaməti, toxunduğu problemlər, redaktor və mühərrirləri haqqında geniş bəhs edir, onların cəmiyyət həyatında yerirolunu dəyərləndirir.

Məsələ burasındadır ki, bütün həyatını mətbuata həsr edən C.Hacıbəyli bu tədqiqat əsərindən əvvəl də, sonra da mətbuat, mətbəə-nəşriyyat problemlərinə dair xeyli məqalə yazmış və dərc etdirmişdir. “İncəsənət və müsəlmanlaradlı məqaləsində (“Baku” qəzeti, ¹196, 2 sentyabr, 1909) “Qələm qələbənin və təntənənin simvoluduryazan Ceyhun bəy təəssüflə göstərirdi ki, bir nəfər də olsun rəssamımız, heykəltəraşımız, artistimiz yoxdur və əgər xalqın mədəni səviyyəsi onun mətbuat orqanlarının sayı ilə müəyyən edilir fikri ilə razılaşsaq, o zaman bizim müsəlmanlar yalnız amerikalı hindilərlə rəqabət apara bilərlər”. “Qəzet işi haqqında” məqaləsində (“Kaspi”, ¹ 226, 1912) C.Hacıbəyli kədərlə qeyd edir ki, Rusiya imperiyasında yaşayan 20 milyon müsəlmanın 4 adda gündəlik qəzeti olmaqla cəmi 8 qəzeti və 3 jurnalı var: hər 2 milyon yarım adama 1 qəzet, hər 7 milyona 1 jurnal.

Mətbuatın problemlərinə həsr etdiyi çoxsaylı məqalələrində C.Hacıbəyli qəzet və jurnalların mövzusu, aktuallığı, əhəmiyyəti, ideya istiqaməti, oxucu auditoriyası, dil-üslub, sənətkarlıq, eləcə də maliyyə-texniki məsələləri barədə peşəkar münasibət bildirir, mülahizələrini bölüşür. Ceyhun Hacıbəyli İranın mətbuat tarixi ilə də bağlı irihəcmli məqalə qələmə almışdır (“Kaspi”, ¹ 103, 1913). Məqalənin əvvəlində müəllif göstərir ki, Rəşt şəhərindəki İngiltərənin vitse-konsulu İran mətbuatı tarixinə dair maraqlı araşdırma aparmış, ilk qəzetin nəşrindən bu günədək çıxan bütün orqanlar haqqında məlumat toplamış və bununla bağlı Fransa mətbuatında məqalə dərc etdirmişdir. Ceyhun bəy həmin məqalənin məzmunu ilə oxucuları tanış etməklə kifayətlənmir, materialı yeni faktlarla zənginləşdirir.

C.Hacıbəylinin 1911-ci ildə “Kaspi” qəzetində “Azərbaycanın gülləri” adlı irihəcmli məqaləsi dərc olunmuşdur. Həmin məqalədə 7 nəfər Azərbaycan şairəsinin- Ağabəyim Ağa, Aşıq Pəri, Gövhər Ağa, Fatma xanım Kəminə, Xurşidbanu Natəvan, Fatma Bikə, Qubalı Bikə xanımın həyat və yaradıcılığından bəhs olunur. Məqalədə məsələnin qoyuluşu maraq doğurur. Ceyhun bəy fəxrlə yazırdı ki, dini qadağalara, təqiblərə baxmayaraq, hüquqsuz Azərbaycan qadınları azadlıq uğrunda mübarizə aparmaqla kifayətlənmir, həm də yaradıcılıqla məşğul olur, ürək sözlərini sənətdə yaşadırdılar. C.Hacıbəylinin təbirincə desək, “...bu qadın şairələr öz kişi həmkarlarından geri qalmır, insan qəlbinin incə hisslərini, tellərini vəsf edəndə isə onları üstələyirlər”.

Ədəbiyyat tariximizdə ilk dəfə olaraq bu qadın şairələrin bədii irsini C.Hacıbəyli rus və fransız dillərinə tərcümə etmiş və onların yaradıcılığı haqqında elmi mülahizələr söyləmişdir. Qeyd etdiyimiz kimi, C.Hacıbəyli mühacirət dövründə də bu mövzuya müraciət etmişdir. Onun fransız dilində yazdığı “Azərbaycan şairələri” məqaləsi, həm də ona görə maraq doğurur ki, müəllif burada şairlərin yaradıcılığını yüksəltməklə yanaşı, sovet ədəbiyyatşünaslığını tənqid hədəfi seçir. Tədqiqatçı yazır ki, bolşevik təbliğatçıları XX əsrin feodal Azərbaycanından, xüsusilə, qadınların həyatından bəhs edərkən hec bir işıqlı cəhət görmürlər. Halbuki, Azərbaycan tarixində lirik və hətta fəlsəfi xarakterli poeziya nümunələri yaradan şairələr az olmamışdır.

Ceyhun Hacıbəyli və folklormövzusundan bəhs edərkən, fikrimizcə, problemə bir neçə aspektdən (Ceyhun Hacıbəyli- folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə, yerli-yerində istifadə edən yazıçı kimi) yanaşmaqla daha sanballı , daha dolğundoğru elmi-nəzəri nəticələr əldə etmək olar.

1919-cu ilədək Qarabağı oymaq-oymaq gəzmiş, ağsaqqallar və ağbirçəklərlə görüşmüş, şifahi söz bilicilərini dinləmiş, yüzlərlə bayatı, alqış, qarğış, yalvarış, and, məzhəkə, oyun, müraciət formaları, hərbə-zorba, oxşama, layla, yanıltmac, ağı, zarafat, məzəli deyimlər və sair kimi şifahi xalq ədəbiyyatı nümunələrini toplamış, mühacirətdə olarkən onları fransız dilinə çevirmiş və 1934-cü ildə Parisdə nəşr olunanAsiya” jurnalında “Qarabağ dialektifolkloru (Qafqaz Azərbaycanı)” adı ilə nəşr etdirmişdir. Ceyhun bəy folklor nümunələrini toplamağa görkəmli türkoloq Radlovun tədqiqatlarının davamçısı olan M.Samoyloviçin məsləhəti və köməyi ilə başladığını yazır. Sonralar ictimai-siyasi proseslər bu işi yarımçıq qoyur...

Ceyhun bəy folklor nümunələrini toplamaqla kifayətlənməmiş, Qarabağ dialektifolklorunun özünəməxsus məziyyətləri, ölkəmizin digər bölgələrinin şifahi ədəbi nümunələri ilə onların oxşar və fərqli cəhətləri barədə maraqlı mülahizələr irəli sürmüş, yeri gəldikcə xalq deyimlərinin yaranma səbəbləri, məna, məzmun və mahiyyəti, işlənmə məqamı barədə dolğun məlumat vermişdir. Onun fikrincə, Qafqaz Azərbaycanında işlənən müxtəlif dialektlər içərisində Qarabağ dialekti səslənməsinə görə çox zəngin, formasına görə çox cazibədardır.

C.Hacıbəylinin təxminən 100 il əvvəl topladığı, 80 il əvvəl Parisdə fransız dilində nəşr etdirdiyiQarabağ dialektifolkloru (Qafqaz Azərbaycanı)” kitabı ilə Azərbaycan oxucusu, elmi ictimaiyyəti yalnız 1999-cu ildə tanış olmuşdur.

Mühacirət illərində Münhendəki SSRİ-ni Öyrənən İnstitututla sıx əlaqə saxlayan və əməkdaşlıq edən Ceyhun Hacıbəyli nüfuzlu sovetoloq kimi də tanınmışdır. O, bir tərəfdən sovet rejimikommunist ideologiyası ilə bağlı araşdırmalar aparır, digər tərəfdən bu problemlərlə bağlı yazılara rəy verirdi. “Bərpa quruculuq işinin ümumi problemində Azərbaycanda iqtisadi vəziyyət”, “İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları”, “Rus demokratları bolşeviklərlə harada birləşir”, “Söz və əməl”,”SSRİ-də ziyalılar” və digər irihəcmli məqalələri Ceyhun Hacıbəylinin səriştəli, sanballı sovetoloqpolitoloq olduğunu təsdiqləyir. Bu yazılarında Ceyhun bəy sovet rejiminin antibəşəri mahiyyətini açmağaonun gec-tez məhvə məhkum olacağını inandırıcı arqumentlərlə əsaslandırmağa nail olmuşdur.

C.Hacıbəylinin arxivindəki sənədlər onun tarixlə bağlı araşdırmalar apardığını da söyləməyə əsas verir. Şəxsi fondunda tarixi şəxslərə, qədim Arran dövlətinin, Bakı, Bərdə və Dərbənd şəhərlərinin, Türkiyənin, İranın, Gürcüstanın, Dağıstanın tarixinə, Rusiyanın Qafqaz siyasətinə, eləcə də Türkmənçay və Gülüstan müqavilələrinə dair əlyazmaları, qeydləri, makina yazıları tarixi mövzularda tədqiqatlarından xəbər verir. Fransız dilində olan həmin materiallar öz araşdırmaçılarını gözləyir.

Ədibin tərcüməçilik fəaliyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, doğma dildən başqa rus və fransız dillərini də mükəmməl bilməsi Ceyhun Hacıbəyliyə həm hər üç dildə yazmağa, həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olmağa imkan vermişdir. İvan TurgenevinPulsuzluq” komediyası (1909-cu il) ilə Azərbaycan oxucusu ilk dəfə məhz C.Hacıbəylinin tərcüməsindən tanış olmuşdur. Mühacirət dövründə Ceyhun bəyin tərcüməçilklə fəal məşğul olduğu məlumdur. Hələ 1925-ci ildə C.Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə ParisinFemina” teatrında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaya qoyulmuşdur. Bunlardan əlavə, o, öz əsərlərindən bəzilərini də fransız dilinə çevirmişdir.

Ceyhun Hacıbəylinin müxtəlif sahələrdəki araşdırmaları bu gün də aktuallığını saxlamışdır və onların dərindən öyrənilməsinə, dəyərləndirilməsinə ehtiyac duyulur.

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2017.- 31 yanvar.- S. 11.