Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11, maddə 776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr 733, 736; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə 976; 2005, ¹ 1, maddə 2, ¹ 12, maddə 1082; 2006, ¹ 11, maddə 923, ¹ 12, maddə 1018; 2007,  ¹ 1, maddə 4, ¹ 12, maddə 1193; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə 462, N 7, maddə 602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə 949; 2011, ¹ 10, maddə 883; 2013, ¹ 11, maddə 1284, ¹ 12, maddə 1487; 2014, ¹ 10, maddə 1171; 2016, ¹ 4, maddə 657, ¹ 6, maddə 971; 2017, ¹ 3, maddə 336, ¹ 7, maddə 1279) 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində “yaşa görə əmək pensiyasının baza hissəsinin” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il

 

Azərbaycan.- 2018.- 3 aprel.- S.1.