Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Mədəniyyət haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1469 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 5, maddə 475; 2016, 8, maddə 1384) 1.2-ci bəndində 33.3-cü maddəsinin birinciikinci cümlələrində, 40.3-cü və 47.4.3-cü maddələrində sözləri 33.3-cü maddəsinin birinciikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində və 47.4.3-cü maddəsində sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-7 aprel.- S.3.