Dünyanın ən mötəbər reytinq agentlikləri dövlətimizin iqtisadi uğurlarını yüksək qiymətləndirirlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibə xüsusi əhəmiyyət kəsb edir və bəzi məqamların üzərində daha ətraflı dayanmaq zərurəti yaranır. Həqiqətən də ölkəmizin iqtisadi uğurları nəinki Rusiya, həmçinin dünya mətbuatının gündəmindən düşmür, nailiyyətlərimiz izlənilir, araşdırılır və geniş təbliğ edilir. Ən vacibiodur ki, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər qısa müddətli deyil, kampaniya xarakteri daşımır və başlıcası israrla həyata keçirilən uğurlu siyasətin, sistemli islahatların davamlı nəticəsidir. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən çoxsaylı proqramların hamısını sadalamaq üçün xeyli vaxt lazım gələrdi. Amma bircə onu qeyd edək ki, qarşıya qoyulan məqsədlərin hamısı nəzərdə tutulan vaxtda və ən yüksək səviyyədə yerinə yetirilmişdir. Qazanılan uğurları dünyanın ən nüfuzlu reytinq agentlikləri də yüksək qiymətləndirmişdilər.

Davos Dünya İqtisadi Forumunun son hesablamalarında Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri, bu qurumun inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutmuşdur.

Ölkəmizdə reallaşdırılan islahatların spektri rəngarəngdir və demək olar ki, biznesin bütün sahələrini əhatə edir. “Doing Business 2017” hesabatına görə, 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat, 5-i vergitutma sahəsi ilə bağlı olmuşdur. “Biznesə başlamaindikatorunda Azərbaycan üçün müəyyən edilmişEtalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi 97,75 faiz təşkil etmişdir. Bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara nail olduğunun göstəricisidir. Azərbaycan “Biznesə başlamaindikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında 1-ci olmuşdur. Bundan əlavə, 2016-2017-ci illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan əvvəlki hesabat dövrü ilə müqayisədə MDB məkanında liderlik mövqeyini qoruyub saxlamışdır.

Azərbaycanın dünyanın inkişaf etmiş nəhəng ölkələri ilə bir sırada durması, adının onlarla yanaşı çəkilməsi möhtəşəm uğruları təsdiq edən bariz nümunədir. Bütün beynəlxalq reyting agentliklərinin verdiyi qiymətləndirmələr iqtisadiyyatın hərtərəfli və mükəmməl inkişafını təsdiq edir.

Ölkə iqtisadiyyatının sürətlə bütün istiqamətlərdə şaxələndirilməsi, qeyri-neft sektorunda reallaşdırılan nəhəng layihələr, aqrar sektorun ənənəvi sahələrinin yüksək templə inkişafı, yüz minlərlə yeni yerlərinin açılması, işsizliyin təxminən beş faiz səviyyəsinədək endirilməsi Azərbaycanı nəinki regionda irəli çəkdi və hətta ölkəmizin dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durmasına səbəb oldu. Qürurverici haldır ki, iqtisadiyyatın və hərbi sənayenin yeni intellektual sahələrinin yaradılması sayəsində biz həm də silah ixrac edən ölkəyə çevrilmişik. Artıq 1000-dən çox adda beynəlxalq standartlara uyğun hərbi təyinatlı məhsul istehsal edilir, yeni ixrac potensialı yaradılır.

İqtisadi ekspertlər həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etiraf edirlər ki, əgər son illər ərzində ölkədə bütün sahələrdə sanballı və iritutumlu səmərəli sosial-iqtisadi islahatlar aparılmasaydı, onların həyata keçirilməsi ciddi nəzarətə götürülməsəydi yeni uğurlara imza atmaq çətin olardı.

Bu sırada güzəştləri və qanunvericilikdə tətbiq edilən yenilikləri də məxsusi qeyd etmək lazımdır. Bir neçə faktı sadalayaq. Azərbaycanda fərdi sahibkarların real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi 2011-ci ildən tətbiq olunur. Yerli hüquqi şəxslərin dövlət qeydiyyatının elektron qaydada aparılmasına isə 2012-ci ildən başlanılmışdır. Bu gün sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəşt, azadolma və digər stimullaşdırıcı tədbirlərin geniş siyahısı mövcuddur.

2013-cü ilin əvvəlindən başlayaraq sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 7 il müddətinə sənaye və texnologiyalar parkındakı fəaliyyətlə əlaqədar mənfəət (gəlir), əmlaktorpaq vergilərindən azad edilmişlər. Eyni zamanda, sənaye və texnologiyalar parklarında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalında da 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarının tətbiqindən sahibkarların xeyrinə imtina edilmişdir. Təbii ki, güzəştlərin belə möhtəşəm çələnginin heç bir investorun diqqətindən yayınması mümkün deyil.

Ölkəmizin dünyaya açıq olması, demokratik dəyərlərə üstünlük verməsi, iqtisadisiyasi azadlıqların təminatçısı kimi çıxış etməsi və həmçinin qabaqcıl dünya təcrübəsinə sürətlə yiyələnməsi, daxilixarici sərmayədarları həvəsləndirməsi, onların maneəsiz fəaliyyəti üçün ciddi güzəştlərin tətbiq edilməsi öz bəhərini verdi.

Müstəqilliyin ilk onilliklərində Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən, ciddi iqtisadi çətinlikləri olmayan və sürətlə islahatlara gedən ölkə kimi məşhurlaşdı. Ölkənin iqtisadi müstəqilliyinin tam təmin edilməsi onu regionda yeni güc mərkəzinə çevirdi, heç bir dövlətdən asılı olmayan sərbəst siyasət yeritməyə imkan verdi.

Deyilənləri təsdiq etmək üçün bəzi faktlara müraciət edək: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, xarici borc ümumi daxili məhsulun təxminən 20 faizi həcmindədir. Valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Bu amil Azərbaycanın maliyyə vəziyyətinin kifayət qədər sabit olmasını təsdiq edir. Əgər belə olmasaydı, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə yatırılmazdı. Ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə imzaladığı ikitərəfli müqavilələrdən təxminən 50-sinin qüvvəyə minməsi və tətbiq olunması, 10 ölkə ilə ikitərəfli və 2 çoxtərəfli “Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişlərin imzalanmasıdır.

Xarici investisiyaların xronologiyasını nəzərdən keçirəndə maraqlı faktlarla rastlaşırıq. Bu investisiyaların həcmi əsasən “Əsrin müqaviləsi”nin imzalanmasından sonra sürətlə artmağa başlamışdır. Rəsmi məlumatlara görə, son 14 ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş xariciyerli investisiyaların həcmi 231 milyard dollardır. Hətta böhran ili hesab olunan 2008-ci ildə Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına 13,3 milyard manatya 16,2 milyard ABŞ dolları investisiya qoyulmuşdur ki, bu da böhrandan əvvəlki il hesab olunan 2007-ci illə müqayisədə 28 faiz artım deməkdir. Azərbaycan iqtisadiyyatına 2010-cu ildə 8,2, 2011-ci ildə 8,6, 2012-ci ildə 10,3, 2013-cü ildə 10,5, 2014-cü ildə 11,6, 2015-ci ildə 10,7 milyard dollardan artıq xarici sərmayə qoyulmuşdur. Məhz sadaladığımız bütün amillərə görə ölkəmiz daim beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzindədir.

Yazıya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədən bir sitatla yekun vurmaq yerinə düşərdi: “...Bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündüronlar nəticəyə yönəldilməlidir. Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq”.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 7 aprel.- S.4.