Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdəki möhtəşəm qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən yüksək etimadın və dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirdiyiniz kursun dəstəklənməsinin əyani təsdiqidir.

Türkmənistan ilə Azərbaycanı çoxəsrlik dostluqmehriban qonşuluq telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi qardaş xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan Respublikasının xalqına isə əmin-amanlıq, inkişafrifah arzu edirəm.

Dərin hörmətlə,

 

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 14 aprel.- S.2.