Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycanın inkişafına, respublika vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı sosial proqramların uğurla həyata keçirilməsinə verdiyiniz böyük töhfəni təsdiq etdi.

Siz bütün enerjinizi respublikanın sosial-iqtisadi inkişafına sərf edirsiniz. Azərbaycanın inkişaf yolu Sizin adınızla bağlıdır.

Sizin həyatınız Vətənə və öz vəzifəsinə xidmət nümunəsidir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

RussneftNeft Şirkəti Publik Səhmdar

Cəmiyyətinin Direktorlar Şurasının sədri

 

Azərbaycan.- 2018.-14 aprel.- S.2.