Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə “Worldwide Newselektron qəzetinin kollektivi adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu seçkilər Azərbaycanın ölkədə demokratiyanın inkişafına sadiq olduğunu bir daha təsdiq etdi. Seçkilərdə inamlı qələbəniz xalqın Sizə hörmət və ehtiramının təsdiqidir.

Zati-aliləri, Siz hakimiyyətdə olduğunuz bütün dövrlərdə ölkədə demokratiyanın inkişafına, həmrəyliyin möhkəmlənməsinə böyük önəm vermisiniz. Əminəm ki, Siz qazandığınız təcrübə və nüfuz sayəsində Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaq istiqamətində həyata keçirilən siyasi kursu uğurla davam etdirəcəksiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkənizə tərəqqi və xalqınıza xoşbəxtlik arzu edirəm.

Sizə və ölkənizə dərin ehtiramımı bildirirUca Allahdan xeyir-dualar diləyirəm.

Hörmətlə,

 

Noor Əli

Kanadanın “Worldwide News”

elektron qəzetinin baş redaktoru

 

Azərbaycan.- 2018.- 14 aprel.- S.3.