Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilər nəticəsində Azərbaycan xalqı dünya birliyində layiqli yer tutan, Sizin müdrik və uzaqgörən rəhbərliyiniz ilə firavanlaşan ölkənizin qarşısında görkəmli xidmətlərinizə yüksək etimad göstərdi. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz elmin, təhsilin və səhiyyənin daha da inkişaf etməsinə, ölkələrimizin dostluq əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq.

Sizə və Azərbaycan Respublikasının xalqına cansağlığı, sülh və firavanlıq, yeni qələbələr arzu edirəm.

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki, professor

 

Azərbaycan.- 2018.- 15 aprel.- S.2.