Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının kollektivi adından ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatların, Azərbaycanın xarici siyasət kursunun xalq tərəfindən hərtərəfli dəstəkləndiyini göstərir.

Sizin rəhbərliyinizlə Azərbaycanın imici dünyada ən yüksək zirvəyə qalxıb.

Dağıstan azərbaycanlıları qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyur. Biz fəxr edirik ki, Dərbənddə mərkəzi küçələrdən birinə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adı verilib. Heydər Əliyev Fondu şəhərimizdə məktəbləri abadlaşdırıb.

Biz Dərbənddə Azərbaycan Teatrının inkişafına Sizin töhfənizə və dəstəyinizə görə çox minnətdarıq və bunu yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

 

Firdovsi Əsgərov

Rusiya Federasiyası Dağıstan Respublikasının

Əməkdar Mədəniyyət İşçisi,

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru

 

Azərbaycan.- 2018.- 15 aprel.- S.2.